Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Valideynlərdən hədiyyə olaraq zinət əşyası aldığına görə cəzalandırılan müəllimə DANIŞDI

07.06.2025 21:47 714
Valideynlərdən hədiyyə olaraq zinət əşyası aldığına görə cəzalandırılan müəllimə DANIŞDI
Tovuzda müəllimənin valideynlərdən zinət əşyası tələb etməsi xəbərinə aydınlıq gətirilib.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, övladları Tovuzun Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan valideynlər həmin məktəbin müəlliməsi Günel Məmmədovanı müdafiə ediblər.

Müəllimənin barmağına üzük taxan valideynlər bildiriblər ki, sözügedən addımı onlar öz təşəbbüsləri ilə atıblar.

"Biz öz təşəbbüsümüzlə tədbir keçirmişik. Tədbirə müəllimi qonaq çağırmışıq. Ona çox da bahalı olmayan zinət əşyası almışıq. Müəllimin bundan xəbəri olmayıb", - deyə Elgün İbadova adlı valideyn bildirib.

Digər valideyn Ayşə Kərimova da deyib ki, hədiyyəni valideynlər özləri birlikdə alıblar.

Adıçəkilən müəllimə də iddialara cavab verib. O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valieynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib:

"Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim", - deyə görüntüsü yayılan Günel Məmmədova deyib.скачать dle 11.3
Mojo.az Banner