Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Niyə bu qərar imtahana 20 gün qalmış açıqlanır?”

27.05.2025 19:47 645
“Niyə bu qərar imtahana 20 gün qalmış açıqlanır?”
Xəbər verdiyimiz kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Belə ki, əvvəlki illərdə Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qaydalara hansı səbəbdən dəyişiklik edildiyinə də rəsmi aydınlıq gətirilməyib.

Sözügedən qərar valideynlər arasında ciddi narahatlıqlara səbəb olub.

Artıq bir çox valideyn, o cümlədən təhsil ekspertləri bununla bağlı sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər. Valideynlər həmin qərarı tənqid edərək, övladlarının təxminən bir ildir, hazırlıqlara getdiklərini, bunun onlara həm maddi, həm də mənəvi təsir etdiyini bildirib.

Narazı valideynlərdən biri Zahidə Səmədin sözlərinə görə, övladı hazırlıqlarla yanaşı, hər ay 1 və ya 2 dəfə liseylərdə sınağa gedib: “Sınaq çox da minimal büdcə deyil, 12-15 manat olub və hamımız uşaqlarımızı ora göndərmişik. Bəs bu sınaqlar niyə təşkil olunurdu? Hətta mayın 31-nə, iyunun 1-nə sınaqlar var, onlara bilet alan insanlar var. Əgər imtahan olmayacaqdısa, niyə bu sınaqların təşkilinə icazə verilirdi? Niyə bu qərar sentyabrda, ilin ortasında - yanvarda deyil, imtahana 20 gün qalmış açıqlanır? Bu, şagirdlərin hüquqlarının tapdalanmasıdır. Bu qərarın qəbulunda məqsəd nədir?”

Valideynlər qərara təkrar baxılmasını, onun aradan qaldırılmasını tələb ediblər.

Təhsil eksperti Elmin Nuri isə həmin qərarı gözlənilməz və bir o qədər də məyusedici adlandırıb: “ARTİ tərəfindən mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul bu il yalnız VI sinif şagirdlərinə şamil edildi. Yəni, yalnız onlar 7-ci sinfi liseydə oxumaq üçün imtahan verəcəklər. Bəs digərləri?! Dünənədək bu proses IV-VIII siniflərə şamil edilmirdimi?! Minlərlə uşaq il boyu hazırlaşıb ki, sonda imtahan verib, lisey-gimnaziyalara qəbul olunsunlar. Valideynləri pul, müəllimləri beyin xərcləyiblər. Özlərinin əziyyətindən isə danışmağa dəyməz. Belə məsələlər durduq yerə, birdən-birə “yalnız bu olmalıdır” prinsipi ilə olmur. Ümumiyyətlə, olmur və olmamalıdır da... Yaxşı, madam ki, qəbul yalnız VI siniflər üçündür, o zaman digər siniflərin qəbulunun dayandırılmasının səbəbi nədir?”

Problemlə bağlı Təhsil İnstitutuna ünvanladığımız sorğuya belə cavab aldıq: “Sözügedən mövzu qurumun diqqətindədir və müzakirələr aparılır. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Bakıda və bölgələrdə mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyaların sayı 30-dan çoxdur.
//qafqazinfo

Son xəbərlər