Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - FOTO

27.05.2025 13:30 1 155
İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzindən şəhərin ərazisində yerləşən istehlakçıların - yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye və sosial təyinatlı infrastrukturun, kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusən əhalinin elektrik enerji təchizatının fasiləsizliyinin və dayanaqlığının təmin olunması nəzərdə tutulur. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0.4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün "Laçın" yarımstansiyasından 4.8 km uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib. Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir ki, bu isə öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır.

Mərkəzdə, həmçinin istehlakçıların elektrik enerjisi verilişində planlı fasilələrin yaranması barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılma imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal İdaretmə Mərkəzində avtomatik idarə olunduğundan elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, həmçinin cihaz və avadanlıqların qarşılıqlı koordinasiyasını tam təmin edən mərkəz vasitəsilə əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması həyata keçirilir. Bununla yanaşı, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, "yaşıl enerji" mənbələrinin şəbəkəyə inteqrasiyası da icra olunur. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətinə ehtiyac olmur.






Son xəbərlər