Mojo.az — elanlar
Son Xəbərlər
19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Qlobal əməliyyat: Təşkilat liderinin pul kisəsi 1 milyard avro dəyərindədir

24.05.2025 18:57 741
Qlobal əməliyyat: Təşkilat liderinin pul kisəsi 1 milyard avro dəyərindədir
Avropa və Şimali Amerikada həyata keçirilən beynəlxalq əməliyyat nəticəsində Rusiya mənşəli böyük bir kibercinayətkar şəbəkə zərərsizləşdirilib.

Qaynarinfo xəbər verir ki, "Qakbot", "Danabot" və "Conti" kimi kibercinayətkar qrupların liderlərinin də daxil olduğu 20 şübhəli barəsində həbs qərarı çıxarılıb. Hücumların dünyada 300 mindən çox kompüteri hədəf aldığı müəyyən edilib.

Böyük Britaniya, Kanada, Danimarka, Niderland, Fransa, Almaniya və ABŞ polisinin qatıldığı qlobal əməliyyatın ardından rus cinayətkarlar tərəfindən idarə olunan kibercinayətkar dəstənin çökdürülməsi barədə açıqlama verilib.

"Guardian" qəzetinin məlumatına görə, əksəriyyəti Rusiyada yaşayan 20 şübhəli barəsində beynəlxalq həbs qərarı çıxarılıb, ABŞ-da isə 16 nəfərə qarşı ittiham irəli sürülüb.

ABŞ Ədliyyə Nazirliyinin bildirdiyinə əsasən, ittiham olunanlar arasında Moskva şəhərində yaşayan 48 yaşlı Rustam Rafailoviç Qallyamov, Novosibirskdən olan və "JimmBee" təxəllüsü ilə tanınan 39 yaşlı Aleksandr Stepanov, həmçinin "Onix" ləqəbli 34 yaşlı Artem Aleksandroviç Kalinkin yer alır.

Oğurluq və şantajla milyonlarla insana ziyan vuran kibercinayətlər gün keçdikcə daha da təhlükəli hal alır. Bu hücumlar fərdlərlə yanaşı şirkətləri də hədəfə alıb. Birləşmiş Krallıqda bu ayın ən diqqətçəkən qurbanı "Marks & Spencer" pərakəndə mağazalar şəbəkəsi olub.

Almaniyanın Federal Cinayət İdarəsi (BKA) rəhbərliyindəki Avropa rəsmiləri "Qakbot" cinayətkar qrupu və "Trickbot" adlı zərərli proqramla əlaqəli olduğuna inanılan 18 şübhəlini tapmaq üçün ictimai çağırış edib.

BKA və beynəlxalq tərəfdaşlarının açıqlamasına görə, şübhəlilərin əksəriyyəti Rusiya vətəndaşıdır. Hazırda ABŞ tərəfindən axtarılan 36 yaşlı rusiyalı Vitali Nikolayeviç Kovalyov BKA-nın da ən çox axtardığı şəxslərdən biridir.

Alman tədqiqatçılar Kovalyovun dünyanın ən peşəkar və təşkilatlanmış fidyə proqramı şəbəkələrindən biri olan "Conti" qrupunun başçısı olduğunu bildirir. O, "Stern” və "Ben” ləqəbləri ilə tanınır və dünya üzrə yüzlərlə şirkətə hücum edərək böyük məbləğlərdə fidyə aldığı iddia olunur.

ABŞ tərəfindən 2023-cü ildə "Trickbot" üzvü kimi tanınan, Volqoqrad doğumlu 36 yaşlı Kovalyovun Moskva şəhərində yaşadığı və adına qeydiyyatda olan bir neçə şirkətin olduğu qeyd olunur.

Tədqiqatçılar onun yalnız "Conti" deyil, eyni zamanda "Royal" və 2022-ci ildə yaradılan "Blacksuit" adlı digər şantaj qruplarının da lideri olduğunu düşünür. Şəxsi kriptocüzdanının dəyərinin təxminən 1 milyard avro olduğu bildirilir.

BKA beynəlxalq tərəfdaşları ilə birlikdə 37 cinayətkarın müəyyən edildiyini, onlardan 20-si barəsində yetərli sübutla həbs qərarının çıxarıldığını açıqlayıb.

ABŞ isə "DanaBot" adlı zərərli proqramı inkişaf etdirib yayan 16 təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamların təfərrüatlarını ictimaiyyətlə bölüşüb.

İddialara görə, bu cinayətkar fəaliyyətlər, xüsusilə ABŞ, Avstraliya, Polşa, Hindistan və İtaliya da daxil olmaqla dünya üzrə 300 mindən çox kompüterə nəzarət edə bilən Rusiya mənşəli kibercinayətkar şəbəkə tərəfindən idarə olunub.

Zərərli proqramın rusdilli cinayət forumlarında tanıdıldığı, ayrıca serverlərdə yerləşdirildiyi və oğurlanmış məlumatların nəhayət Rusiya Federasiyasında saxlanıldığı bildirilir.

Almaniyada keçirilmiş əməliyyat nəticəsində Avropanın ən çox axtarılanlar siyahısına daxil olan digər bir ad isə 36 yaşlı, "Qakbot" üzvü olduğu düşünülən, rusdilli ukraynalı Roman Mixayloviç Prokop olub.

BKA-nın rəhbəri Holger Münş, Almaniyanın kibercinayətkarlar üçün xüsusi hədəf olduğunu iddia edib və qurumun şübhəlilərin dəstə fəaliyyətlərini, ticari şantajlarını və xarici əlaqələrini araşdırdığını bildirib.

"Conti" qrupu 2010–2022-ci illər arasında ABŞ-dakı xəstəxanaları hədəfə alıb və Covid pandemiyası dövründə hücumlarını artırıb. ABŞ, qrupun liderlərinin tutulmasına yardım edəcək şəxslərə 10 milyon dollar mükafat vəd etmişdi.

Münş şübhəlilərin əksəriyyətinin Rusiyada, bir neçəsinin isə Dubayda fəaliyyət göstərdiyini, onların Avropa və ya ABŞ-a ekstradisiyasının çətin göründüyünü, lakin kimliklərinin müəyyən edilməsinin onlar üçün dağıdıcı və mühüm bir addım olduğunu vurğulayıb.

Son xəbərlər