Mojo.az Banner
21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

13.03.2024 17:05 1 746
DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub.

Modern.az-ın məlumatına görə, İon Sekrieru Moldova vətəndaşıdır.

O, 1975-ci ildə anadan olub. Kiberdələduz ötən ilin sentyabr ayında Azərbaycana ekstradisiya edilib.

İon Sekrieru Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın səlahiyyətli orqanları tərəfindən Azərbaycana təhvil verilib. Onun təhvil verilməsi prosesi 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq həyata keçirilib.

Məlumata görə, moldovalı kibercinayətkar və dəstənin xaricdə fəaliyyət göstərən digər üzvləri Azərbaycanda bankların kompüter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk ediblər.

Qeyd edildiyi kimi, onlar Britaniyadan ölkəmizə ekstradisiya edilib. İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç də Azərbaycana gətirilib.

İon Sekrieru və digər iki şəxs Azərbaycan Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq) və 273.4-cü maddələri (kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə) üzrə ittiham olunur.скачать dle 11.3
Mojo.az Banner