Mojo.az Banner
12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

DTX-nin aşkarladığı transmilli mütəşəkkil kiber cinayətkar dəstə üzvünün işi məhkəmə baxışına daxil olub - FOTO

13.03.2024 11:23 5 481
DTX-nin aşkarladığı transmilli mütəşəkkil kiber cinayətkar dəstə üzvünün işi məhkəmə baxışına daxil olub - FOTO
Transmilli mütəşəkkil kiber cinayətkar dəstənin DTX tərəfindən aşkar edilib Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub.

İon Sekrierunun daxil olduğu transmilli cinayətkar şəbəkənin Azərbaycan bankomatlarından təmassız pul çıxarmaqda ifadə olunan cinayət əməlləri öz unikal törədilmə ssenarisinə görə xüsusilə diqqət çəkir.

İttihamdan aydın olur ki, İon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin digər üzvləri Azərbaycan Respublikası banklarının kompyuter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk etmişlər.

Uzunmüddətli əməliyyat-istintaq tədbirləri müxtəlif ölkələrin vətəndaşları olan və fərqli ölkələrdə gizlənmiş dəstə üzvlərinin bir-bir müəyyən edilərək ölkəyə ekstradisiya edilməsinə imkan verib.

Film ssenarisinə bənzəyən əməllərə görə hazıradək İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç də DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4 və 177.3.2-ci (Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə etməklə talama) maddələri ilə ittiham olunaraq Azərbaycan Respublikasına gətirilmiş və məhkəmə tərəfindən ağır cəzalara məhkum edilmişlər.

скачать dle 11.3
Mojo.az Banner