Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Arazı üzərək Naxçıvana keçib - İrana gedən Elminin başına gələn ilginc hadisələr

23.05.2025 12:33 849
Arazı üzərək Naxçıvana keçib - İrana gedən Elminin başına gələn ilginc hadisələr
Araz çayını üzərək İrandan Azərbaycana keçən şəxsin başına gələnlər olduqca maraqlıdır. İranda onun sənədələri əlindən alınıb. Bakıya gələndən sonra isə özü könüllü təslim olub.

28 yaşlı Naxçıvan sakini Elmin Məmmədli ötən ilin sonlarında müalicə üçün İrana gedib. Orada daha əvvəldən tanıdığı Məhəmmədrza adlı İran vətəndaşı ilə görüşüb, onun evində qalıb. Bakıya qayıtmaq istyəndə Məhəmmədrza onun sənədlərini əlindən alıb. Buna səbəb Elminin Tural adlı tanışının Məhəmmədrzaya 75 min manat borcu olması olub. Məhəmmədrza dostunun borcu qarşılığında Elminin sənədlərini girov götürüb.

Elmin oradan qaçaraq sərhədi qanunsuz olaraq keçib. O, Araz çayını üzərək Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndi istiqamətindən sərhədi keçib.

Elmin başına gələnləri belə danışıb: “Məhəmmədrza ilə Bakıda alış-verişlə məşğul olanda tanış olmuşdum. İrana gedəndə Məhəmmədrzaya xəbər elədim. Məni qarşılayaraq öz evlərinə apardı. Bir müddət onlarda qaldım. Sonra Məhəmmədrza sənədlərimi götürdü. Tural Novruzov adlı tanışımın ona 75 min manat borcu olduğunu dedi. Tural borcunu qaytardıqda sənədlərimi verəcəyini bildirdi.

Buna görə konsulluğa müraciət etdim. Mənə qayıdış şəhadətnaməsi verildi. Lakin Təbrizdəki miqrasiya xidmətinin rəisi Məhəmmədrzanın tanışı olduğundan şəhadətnaməyə möhür vurmadı. Yenidən konsulluğa müraciət etdim. 4 ay İranda qaldım, amma çıxış yolu tapa bilmədim. Məni konsulluğa gətirən taksi sürücüsü telefon nömrəsini verib kömək təklif etdi. 500 min tümən qarşılığında kömək edə biləcəyini dedi. Araz çayının yaxınlığında üzərək keçməyi təklif etdi”.

Bu təkliflə razılaşan Elminə tikanlı məftilləri qaldırmaq üçün 2 ədəd ağac verib çayı keçəcəyi yerə gətiriblər.

Elmin Arazı üzərək Şahtaxtı kəndinə keçib. Oradan atasına zəng edərək kömək istəyib. Atası həmkəndlisi Fərid adlı şəxsdən Elmini Şahtaxtı kəndindən götürməsini istəyib.

Naxçıvan şəhərinə gələn Elmin şəxsiyyət vəsiqəsi olmadığından SİMA proqramı vasitəsilə bilet alaraq Bakıya gəlib. Sonra da Dövlət Sərhəd Xidmətinə gedərək təslim olub.

Bundan sonra məsuliyyətə cəlb edilən Elmin əməlindən peşman olduğunu bildirib. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə Elmini 1600 manat cərimə edib.
//musavat.com

Son xəbərlər