Mojo.az Banner
23:01 Mehdiabadda çoxmərtəbəli yaşayış binasındakı yanğında 3 nəfər tüstüdən zəhərlənib  |     22:56 Günəş sistemi kosmosda sürətlə hərəkət edir: Alimlər səbəbini izah edə bilmir  |     22:50 Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlandı  |     22:37 Türkiyədə 54 şagird qidadan zəhərləndi  |     22:29 Ermənistan Konstitusiyasını nə vaxt dəyişəcək? - Paşinyan açıqladı  |     22:24 “Şaxtanın açarını restoran sahiblərindən istədim, məni döydülər”  |     22:16 Ekspertlərin seçimi: Qış səyahətləri üçün ən yaxşı 5 elektromobil  |     22:10 Azərbaycan 2026-cı ilədək elektrik avtobus parkını 1 100 vahidə qədər artıracaq  |     22:02 Keytrinq xidmətlərində təhlükə artır: Agentlikdən xəbərdarlıq  |     21:57 Qan qrupuna görə xarakter: 99 faiz insanlarda nəticə üst-üstə düşür  |     21:48 Hansı sahələrə güzəştli kreditlər daha çox verilir?  |     21:43 Yayda gənc oğlunu itirdi, bu gün özü həyatdan getdi - Əhməd Oruc kimdir?  |     21:35 ABŞ-də təyyarə 11 km hündürlükdə aerostat ilə toqquşub  |     21:29 Qazaxda müəmmalı ölüm: Meyiti qardaşının həyətində aşkarlandı  |     21:21 Yanvardan evlərin qiyməti ucuzlaşacaq?  |     21:16 Mehdiabadda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib  |     20:56 Şaxtanın açarını restoran sahiblərindən istədim, məni döydülər”  |     20:50 Qazaxda kişinin meyiti qardaşının həyətindən tapıldı  |     20:44 Türkiyə meşə yanğınlarının söndürülməsində İrana kömək edəcək  |     20:38 Yanğında ölənlərdən biri də dəfn edildi  |    
Left Banner
Right Banner

Girov götürüldü, kibercinayətkarlığa məcbur edildi - İrandan Azərbaycana ilginc qaçış

27.02.2025 18:51 429
Girov götürüldü, kibercinayətkarlığa məcbur edildi - İrandan Azərbaycana ilginc qaçış
İran vasitəsi ilə Türkiyədən qaçıb Biləsuvarda saxlanılan azərbaycanlı gəncə bəraət verilib.

Median.Az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, 1998-ci ildə Gəncə şəhərində anadan olmuş V.H. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Biləsuvar sərhəd nəzarət şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 318.1-ci maddələri ilə cinayət işi açılaraq, baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, V.H. Türkiyədə cinayətkar qrup tərəfindən girov götürülərək, dövlət qurumlarında çalışan məmurların hesablarına müdaxilə etməklə həmin hesablarda olan pulların mənimsənilməsinə məcbur edilib.

Belə ki, V.H. 2016-cı ildən Türkiyədə Mersin Dövlət Universitetində təhsil almağa başlayıb. 17 iyul 2021-ci il tarixindən Mersin şəhərində işləyib, yaşamağa başlayıb. O, Türkiyədə yaşadığı zaman özünə məxsus bank kartlarına xəbəri olmadan və tanımadığı şəxslər tərəfindən qeyri-qanuni köçürmələr həyata keçirilməsi barədə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. V.H. 2022-ci ilin oktyabr ayından dələduzluq cinayətini törətməkdə ittiham edilərək həbs olunub, 17 iyun 2023-cü il tarixində azadlığa buraxılıb.

Lakin azadlıqda olduğu müddətdə tanımadığı şəxslər tərəfindən bank kartına təkrarən müdaxilələr edilərək, qanunsuz pul köçürmələri həyata keçirildiyindən yenidən 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən narazı olduğuna görə apellyasiya şikayəti versə də, şikayəti təmin edilməyib. Türkiyə qanunvericiliyinə əsasən, cəzası 3 il 4 aya endirilib.

V.H. 2024-cü ilin yanvar ayında tutulub və cəzaçəkmə müəssisəsinə göndərilib. Cəzasının altı aynı "Sincan 4" nömrəli "L" tipli cəzaçəkmə müəssisəsində, dörd ayını isə açıq tipli cəzaçəkmə müəssisəsində çəkdikdən sonra - 28 may 2024-cü il tarixində polisin nəzarəti altında azadlığa buraxılıb.

Bir ay sonra yaşaması üçün internet üzərindən iş axtarmağa başlayıb və sosial şəbəkələr vasitəsilə Ərzurum şəhərində bir şirkətdə iş tapıb. Həmin müəssisədə işə qəbul edilib və qurumun mühasibatlıq işlərini aparmağa başlayıb. Təxminən 20 gün həmin şirkətdə rəsmi şəkildə işləyib, daha sonra isə rəhbərlik onu ofis şəraitindən ev şəraitinə keçirib.

Lakin həmin şirkəti idarə edən dörd nəfər hazırda xatırlamadığı tarixdə onun yaşadığı evə gələrək, şəxsiyyət vəsiqəsini, pasportunu və digər hüquq müəyyənedici sənədlərini əlindən alıblar, onu qanunsuz işlər görməyə məcbur ediblər. Belə ki, həmin şəxslər üçüncü şəxslərin hesablarında müvafiq əməliyyatlar apararaq, həmin hesablarda olan pulların mənimsənilməsini ondan tələb ediblər. Onların tələbi ilə əməliyyatları əvvəllər yalnız sadə vətəndaşlara qarşı etsə də, sonradan dövlət qurumlarına qarşı da həyata keçirməyə başlayıb.

Məcburi kibercinayətkarlığa cəlb edilən V.H. gizli şəkildə İrana qaçmalı olub. Təbriz şəhərində yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğuna gedərək, başına gələnlər barədə məlumat verib və ona ölkəsinə qayıtmaq üçün kömək etmələrini xahiş edib. Konsulluqda V.H.-ya İran İslam Respublikası ərazisinə qanunsuz keçdiyinə görə həmin ölkədə cinayət məsuliyyətinə cəlb ediləcəyi deyilib.

İranda həbs olunmasından qorxan V.H. özü Azərbaycan sərhəd-buraxılış məntəqəsinə gedərək, sərhəd nəzarətçilərinə özünü təqdim etməyə qərar verib. O, hərəkətdə olan TIR-ın yanı ilə iti addımlarla İran dövlət sərhədini keçib və neytral zonaya daxil olmağı bacarıb. Yük avtomobilinin yanı ilə qaçaraq hərəkət etməklə, Azərbaycan dövlət sərhədi istiqamətində irəliləyib. V.H. özünü könüllü olaraq Biləsuvar sərhəd naryadına təqdim edərək, başına gələn hadisələri danışıb.

Məhkəmənin qərarı ilə V.H Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilib və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib.скачать dle 11.3