Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş nazirin Azərbaycandan çıxışına "stop" qoyuldu - BORC QALMAQALI

19.05.2025 18:22 1 320
Keçmiş nazirin Azərbaycandan çıxışına
Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxışı məhdulaşdırılıb.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb.

Rahim Hüseynovun ölkədən çıxışına "stop" qoyulması "Təfəkkür" Universitetinin vergi borcu ilə əlaqəlidir.

İş materiallarından aydın olur ki, "Təfəkkür" Universitetinin 24 415.41 manat vergi borcu var. Universitet borcu ödəmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilədək universitetin rəsmi təmsilçisinə "stop" qoyulmasını xahiş edib. Rahim Hüseynov hazırda universitetin qanuni təmsilçisidir. Beləliklə, o, borc ödənilədək ölkədən çıxa bilməyəcək.

Rahim Hüseynov 1992-1993-cü illərdə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb. 1995-ci ildən "Təfəkkür" Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləyir. Bəzi iddialara görə, Rahim Hüseynov universitetin əsas təsisçilərindən biridir.

"Təfəkkür" Universiteti hazırda fəaliyyət göstərmir. 2016-cı ildə universitetin akkreditasiya müddəti bitib. Bundan sonra Elm və Təhsil Nazirliyi universitetin akkreditasiyasının keçirilməməsi barədə qərar qəbul edib.

Son xəbərlər