Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan Azərbaycanın diaspor təşkilatının rəhbərinə vəzifə verdi

17.05.2025 15:47 744
Ərdoğan Azərbaycanın diaspor təşkilatının rəhbərinə vəzifə verdi
Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin edilib.

Bu barədə Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri, Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin dekanı Əkrəm Gürel İğdır Universitetinin rektoru olub.

İğdır əsilli Ə.Gürel 16 iyun 1969-cu ildə anadan olub. 1987-ci ildə Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Tarla bitkiləri bölümünü bitirib. Elə həmin il magistratura oxumadan birbaşa İngiltərənin Lids Universitetinin təqaüdlü doktorantura proqramını qazanıb və 1992-ci ildə bitirib.

1992-1995-ci illərdə "Türkiyə Şəkər Fabrikaları A.Ş.”-nin Şəkər İnstitututunda çalışdıqdan sonra Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin Biologiya bölümündə fəaliyyətinə davam edib. 1998-ci ildə dosent, 2004-cü ildə professor olub.

2023-cü ildən adıçəkilən fakültənin dekanı vəzifəsində çalışıb.

İngilis və fransız dillərini bilən Əkrəm Gürel evlidir, bir oğlu var.

Son xəbərlər