Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bank kartımızı blokda saxlasaq, xakerlər pulumuzu oğurlaya bilməz? - EKSPERT

14.05.2025 22:56 741
Bank kartımızı blokda saxlasaq, xakerlər pulumuzu oğurlaya bilməz? - EKSPERT
Bəzi insanlar var ki, onlar pullarının oğurlanmaması üçün artıq kartda pul saxlamır, pulu nağd saxlamağa üstünlük verirlər. Sadəcə alış-veriş edəcək, ona lazım olacaq qədər kartlarında pul saxlayırlar. Bəzi insanlar da var ki, kartı blokda saxlayır. Lazım olduğu qədər puldan istifadə etdikdən sonra kartını bloka atır. Kartı blokda saxlamaq pullarımızı qorumaq üçün necə üsuldur?

FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirdi ki, kart bloka salınırsa, bu zaman həmin kartdan vətəndaşın özü belə əməliyyat apara bilməz. "Belə olduqda bu hal müəyyən təhlükələrin qarşısını alır. Yəni, dələduzlar və ya başqa kimsə kartdan istifadə edə bilmir".

Tam olaraq da qarşısını aldığını deyə bilmərik

Xəyal Məmmədli deyir ki, kartı blokda saxlamaq tam olaraq da oğurluq hallarının qarşısını almır. Mobil telefondan oğurluq halları baş verəndə, dələduzlar mobil telefona bu və ya digər yollarla daxil ola bilirlərsə, onlar artıq bütün imkanları ələ keçirmiş olurlar. Telefona daxil olan dələduzlar kartı blokdan da çıxarıb əməliyyat apara bilərlər. Amma ümumi götürsək, kartda az pul saxlamaq və yaxud da pul saxlanılan kartın bloklanması təhlükəsizliyi artırır".

Son xəbərlər