Mojo.az Banner
23:01 Rusiya Ermənistan məhsullarının qonşu ölkələrə göndərilməsinə icazə verməyəcək  |     22:54 İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq  |     22:46 Bəzi ərazilərdə qaz olmayacaq  |     22:39 Qambiya Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı  |     22:34 Azərbaycanda hansı rayonda nə qədər qazi var? - TAM SİYAHI  |     22:25 Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq  |     22:20 Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - Video  |     22:14 Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO  |     22:06 Beyləqanda 11-ci sinif şagirdi vəfat edib  |     22:00 Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla  |     21:53 Futbol bayramı başladı: Möhtəşəm açılış mərasimi keçirilir - CANLI YAYIM  |     21:47 "Qiyamət günü" radiostansiyası beş ildən sonra ilk dəfə sirli şifrələnmiş mesajı təkrarladı  |     21:39 Sabunçuda tonlarla narkotik məhv edildi - Video  |     21:27 Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var  |     21:22 Maşını elektrik ötürücü qüllədən şarja qoyan sürücü GÜNDƏM OLDU - VİDEO  |     21:09 Tanınmış aktrisa vəfat etdi  |     21:02 Bunu edənlər avtoxuliqan hesab olunacaq - Sürücülərə vacib xəbər  |     20:57 Qubada hotel otağında meyit tapıldı  |     20:51 Çörəyi necə saxlamaq lazımdır ki, bayatlamasın?  |     20:44 Marşrut avtobusları niyə kondisionerləri işə salmır? - AYNA-dan XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar

23.04.2025 22:00 780
Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edilən bank kartları ilə bağlı yeni növ dələduzluq halları ortaya çıxıb.

Bəs bundan necə qorunaq? 
Median.Az xəbər verir ki, məsələ ilə bağlı kibertəhlükəsizlik mütəxəssisləri bu barədə vətəndaşları xəbərdar edərək, xüsusilə "Apple Pay" və "Google Wallet" istifadəçilərinin risk altında olduğunu vurğulayıblar.
Yeni fırıldaq sxemində dələduzlar özlərini kuryer, bazar satıcısı və ya dövlət xidmətinin nümayəndəsi kimi təqdim edərək istifadəçilərdən kart məlumatlarını əldə edirlər. Bu məlumatlar sonra onların smartfonlarına əlavə edilərək, kart sahibinin xəbəri olmadan alış-verişlərdə istifadə olunur.

Bundan əlavə "Ghost Tap" (Kabus toxunuşu) adlı yeni metodla NFC siqnalı bir cihazdan digərinə ötürülərək, fırıldaqçılar uzaqdan, hətta başqa ölkələrdən belə ödənişlər həyata keçirə bilirlər.

Kibertəhlükəsizlik üzrə ekspertlər vətəndaşlara aşağıdakı təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edirlər:

"Onlayn ödənişlərdə virtual kartlardan istifadə edin və balansı yalnız ehtiyac yarandıqda artırın. Tanımadığınız saytlara və proqramlara kart məlumatlarını daxil etməyin, xüsusilə PIN kodu tələb olunursa. Kartınızı naməlum tətbiqlərə qoşmayın.Nağd əməliyyatlar üçün fiziki kartdan istifadə edin. Push və SMS bildirişlərini aktiv saxlayın.Antivirus proqramlarında "təhlükəsiz ödəniş" funksiyasından istifadə edin".

Ekspertlər həmçinin qeyd edirlər ki, artıq dələduzların kartı fiziki olaraq oğurlamasına ehtiyac qalmayıb. Az miqdarda məlumatla belə vəsaitlərə nəzarət etmək mümkündür. Bu səbəbdən rəqəmsal təhlükəsizlik vərdişləri hər zamankindən daha vacibdir.скачать dle 11.3
Mojo.az Banner