Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Evlərin qiyməti kəskin bahalaşacaq (AÇIQLAMA)

09.05.2025 20:37 996
Evlərin qiyməti kəskin bahalaşacaq (AÇIQLAMA)
Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.

Bəs bahalaşmanın səbəbləri nədir?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a iqtisadçı Kənan Qulizadə açıqlama verib:

"Bakının bəzi ərazilərindəki evlərin qiyməti son 3 ildə 2 dəfədən daha çox artıb".

İqtisadçının sözlərinə görə, 2022-ci ilin mart-aprel aylarında paytaxtın mərkəzi rayonlarında yeni tikililərin qiyməti xeyli aşağı olub. Mənzil bazarında baş verən qiymət artımlarının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır. Nəsimi və Xətai rayonlarında xüsusilə 3 il əvvəl kvadratı 1600-2000 civarında olan mənzillər hazırda 2300-5000 manat aralığındadır. Bu bilavasitə sünii bahalaşmadır. Bu bahalaşmanın səbəbləri tikinti materialları, tikinti xidmətlərinin baha olması ilə bağlıdır.

Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ şəhər ərazisində qeydə alınıb. Həmçinin Nardaran bağlarında torpaq 70 faiz bahalaşıb. Ekspert artım prosesinin davamlı olacağını bildirir. Baxmayaraq ki, 2023-cü ilin sonunda Bakı şəhərinin baş planı təsdiq olundu və bu dövrə kimi tikinti şirkətlərinə verilən icazələrin sayı məhdudlaşdırıldı. Artıq məhdudlaşma ilə bağlı hər hansı əsas yoxdur. Buna baxmayaraq yeni başlayan inşaat layihələrinin sayı azdır. Bu da o deməkdir ki, bu ilin sonuna kimi tikinti şirkətləri arasında rəqabət olmayacaq.

Ekspert onu da qeyd edib ki, paytaxtda 150-dən çox bina qəzalı vəziyyətdədir. Bununla bağlı rəy verilib ki, həmin binaların istismar müddəti başa çatıb. Lakin hələ də tikinti şirkətləri üçün bazarda müvafiq şərait yaradılmayıb. Bu isə o deməkdir ki, qiymətlərdə bahalaşma tendensiyasi davam edəcək.скачать dle 11.3

Son xəbərlər