Mojo.az Banner
23:00 Qəzaya düşən Yardımlı sakini 9 ay sonra öldü  |     22:51 BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub  |     22:42 Maşınını təmir edərkən xəstəxanalıq oldu  |     22:32 Azərbaycan içki ixracını 10%-dən çox artırıb  |     22:19 Ötən gün 8 kq-dan çox narkotik vasitə aşkarlanıb  |     22:11 Məşhur italyan müğənnisi Cino Paoli vəfat etdi  |     21:49 Bakıda iki küçə təmir işləri ilə əlaqədar bağlanacaq  |     21:40 Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     21:30 "Yeni vəziyyətə hazırlıqlarımızı görmüşük" - Ərdoğan  |     21:04 Antuan Qrizman komandasını dəyişdi  |     20:44 Filippində fövqəladə vəziyyət rejimi elan edildi  |     20:27 İmtahandakı yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama  |     20:26 Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub  |     20:04 Ət bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?  |     19:49 Əraqçi: Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır  |     19:41 "QatarEnergy" fors-major elan etdi  |     19:36 XTQ-dən şəhid ailələri və qazilərə bayram təbriki  |     19:35 Qazaxın Daşsalahlı kəndində açıq ərazidə YANĞIN - Video  |     19:25 İsrail İrana 3 mindən çox zərbə endirib  |     19:17 Ötən gün 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb  |    
Left Banner
Right Banner

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam edir

06.05.2025 13:05 888
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam edir
Müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə verib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.скачать dle 11.3
Mojo.az Banner