Mojo.az Banner
22:44 33 il sonra Kəlbəcərin ilk məzunu  |     22:39 İtkin model Epşteynin qurbanı olub?  |     22:33 5 ildə bütün dünyada içki içənlərin sayı azalacaq - Yeni statistika  |     22:24 Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb  |     22:16 Xəstəxanada həkimin pullarını oğurlayan şəxsə hökm oxundu  |     22:10 Naxçıvan reyslərini icra edən təyyarələr Bakıya geri qayıdıb  |     22:05 Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı  |     21:57 Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub  |     21:50 Qonaq getdiyi kənddə kanalda batdı  |     21:46 1 və 3 qəpiklər dövriyyədən çıxarılır?  |     21:41 Xərçəng xəstəliyi artır - 2050-ci il üçün proqnozlar açıqlandı  |     21:32 Türkiyədə oxuyan tələbələr üçün quru sərhədlər açıla bilərmi?  |     21:26 "Sabah" bu futbolçunun transferinə 720 min manat xərcləyib  |     21:21 Sabah 35 dərəcə isti olacaq  |     21:13 Bakıda 50 min manatlıq "telefon biznesi" dələduzluğu  |     21:08 Ağdaşda avtomobili ildırım vurdu - Yanğın oldu  |     21:00 Estoniyanın Azərbaycanda səfirliyi açıldı  |     20:54 Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü?  |     20:49 Tailandda 15 günlük matəm elan olundu  |     20:31 Devid Hokni vəfat etdi  |    
Left Banner
Right Banner

Leyla Əliyevanın təşəbbüsü ilə "Gənc arıçı" layihəsi Xızı rayonunda keçiriləcək

05.05.2025 18:08 1 041
Leyla Əliyevanın təşəbbüsü ilə
Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı" layihəsi bu dəfə Xızı rayonunda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.

Layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuş iştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzən aparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar. Gənc arıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şərait yaradılacaq, eyni zamanda məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanması sahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.

Qeyd edək ki, 2021-ci ildən etibarən IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən "Gənc arıçı" layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.

Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda, layihə, gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.

"Gənc arıçı" layihəsində iştirak etmək istəyən Xızı rayonunda yaşayan 18-35 yaş arası gənclər mayın 18-dək müraciətlərini IDEA İctimai Birliyinin "1113" qaynar xətti və ya elektron poçt ünvanına (info@ideacampaign.org) göndərmələri və yaxud Dövlət Məşğulluq Agentliyinin Xızı rayon xidmət şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçmələri xahiş olunur.

Qeyd edək ki, müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsində bilik və təcrübəsi, sosial vəziyyəti, həmçinin arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün müvafiq həyətyanı torpaq sahəsinin mövcudluğu əsas meyarlar kimi nəzərə alınacaq.
скачать dle 11.3
Mojo.az Banner