Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyevanın təşəbbüsü ilə "Gənc arıçı" layihəsinin təlim mərhələsi yekunlaşıb

11.06.2025 14:47 1 041
Leyla Əliyevanın təşəbbüsü ilə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən "Gənc arıçı" layihəsinin növbəti mərhələsi Xızı rayonunda uğurla davam edir.

Bu il layihənin ilkin mərhələsində Xızı rayonundan 100-dən çox gənc ailə müraciət edib. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsindəki bilik və təcrübəsi, sosial vəziyyəti, eləcə də arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün həyətyanı torpaq sahəsinin mövcudluğu əsas seçim meyarları kimi nəzərə alınıb. Bu meyarlara əsasən seçilmiş 20 iştirakçı xüsusi təlim proqramına cəlb olunub. Təlim mərhələsində iştirakçılara arıçılıqla bağlı həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb.

Layihənin növbəti mərhələsində iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim olunacaq. Bu mərhələdə onların effektiv istehsal fəaliyyəti üçün lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata keçiriləcək.

Qeyd edək ki, "Gənc arıçı" layihəsi IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.

Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.скачать dle 11.3

Son xəbərlər