Mojo.az Banner
13:21 Şəmkirdə QƏTL: 28 yaşlı kişi kafedə bıçaqlanaraq öldürüldü  |     13:20 Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək  |     13:10 Azərbaycan nefti bahalaşıb  |     13:08 Qadının və bətnindəki dölün ölümünə səbəb olan sürücünün cəzası azaldıldı  |     13:04 Tailand kralının dörd ildir komada olan qızı öldü  |     13:01 "Volkswagen" kütləvi ixtisarlara gedir  |     12:57 İlon Mask tarixdə ilk trilyonçu oldu  |     12:30 Dənizdə maksimum nə qədər müddət üzmək olar? - Mütəxəssis uzun zaman suda qalmanın risklərindən danışdı  |     12:09 Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü: Dərisi soyuldu - Video  |     12:04 Ukraynada çətənənin reseptlə təyin edilməsinə başlanılıb  |     11:46 Kanye Uestin konserti yenidən ləğv edildi  |     11:45 Ermənistanda iki seçki məntəqəsində nəticələr ləğv edildi  |     11:33 Keçmiş səfirimizin ÖLÜM SƏBƏBİ məlum oldu (Yenilənib)  |     11:31 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib  |     11:25 Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA  |     23:01 Rusiya Ermənistan məhsullarının qonşu ölkələrə göndərilməsinə icazə verməyəcək  |     22:54 İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq  |     22:46 Bəzi ərazilərdə qaz olmayacaq  |     22:39 Qambiya Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı  |     22:34 Azərbaycanda hansı rayonda nə qədər qazi var? - TAM SİYAHI  |    
Left Banner
Right Banner

Serj Sarqsyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olunub

05.05.2025 15:42 1 041
Serj Sarqsyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olunub
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Xocavənd rayonunun işğal edilməsi ilə bağlı daha bir videomaterial tədqiq olunub.

1993-cü ilin aprel ayında ermənilər tərəfindən çəkilmiş videogörüntülərdə Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda bir qrup silahlı hərbçi, o cümlədən Serj Sarqsyan (2008-18-ci illərdə Ermənistan prezidenti) və hazırda məhkəmədə mühakimə olunan David İşxanyan görünürlər.

Erməni dilində olan videomaterialın tərcüməsi vasitəsilə tədqiqi zamanı məlum olub ki, Serj Sarqsyan hərbi bölmələri yoxlamağa gəlib.

Videogörüntülərdə Monte Melkonyan S.Sarqsyana məruzə edir. S.Sarqsyan ona: "Söhbət bu dəqiqə atəşi dayandırmaqdan getmir. Söhbət bu dəqiqə hücum əməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir", - deyir.

Videomaterialda daha sonra əraziyə baxış keçirilir, S.Sarqsyan D.İşxanyanla söhbət edir. D.İşxanyan ona Ağdam rayonu və rayonun Abdal Gülablı istiqamətindəki döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.

Videogörüntülərdə daha sonra qoşunların təminatı barədə danışılır. Sonra isə Serj Sarqsyan əsgərlərlə bir qədər söhbət edir.

Məhkəmədə nümayiş etdirilmiş videomaterialla bağlı dövlət ittihamçıları təqsirləndirilən şəxs David İşxanyana suallar ünvanlayıblar.

D.İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bu videomaterialın çəkilməsini və S.Sarkisyanın əraziyə səfərinin məqsədini xatırladığını deyib. O daha sonra bildirib:

"Gəlmişdilər mənim taboruma. Taborun mövqelərindəki vəziyyətlə tanış olurdular".

O, videodakı şəxslərin bir qisminin adlarını da sadalayıb:

"Serj Sarqsyan, Monte Melkonyan, Movses Akopyan (sonradan Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi - red.). O, həmin vaxt Monte Melkonyanın müavini idi. Videodakı digər şəxs mənim qərargah rəisim Aramayız Karapetyandır".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner