Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda interval BİR DƏQİQƏ OLACAQ - RƏSMİ

03.05.2025 17:36 663
Bakı metrosunda interval BİR DƏQİQƏ OLACAQ - RƏSMİ
"2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, müasir avadanlıqlarla təchiz olunmuş dönmə kamerası metronun "İçərişəhər" stansiyasının arxasında tikiləcək. Bu, həm bənövşəyi, həm də yaşıl xətdə qatarların hərəkət intervalını azaltmağa imkan verəcək".

Median.Az
xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib.

O bildirib ki, hazırda minimum interval dörd dəqiqədirsə, gələcəkdə bu müddət "bənövşəyi" xətdə bir dəqiqəyə, "yaşıl" xətdə isə iki dəqiqə 30 saniyəyə enəcək:

"Sistem və infrastruktur tam yeniləndikdən sonra intervalın daha da qısaldılması mümkündür".

B.Məmmədovun sözlərinə görə, xətlərin ayrılması üçün Dərnəgül ərazisində yeni elektrik deposu tikiləcək:

"Bu, metropolitenin fəaliyyətini daha səmərəli təşkil etmək baxımından vacib layihələrdən biridir. Depo istifadəyə verildikdən sonra tunellərin tikintisinə başlanacaq. Sözügedən mərhələyə qədər "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarının yaxınlığında iki yeni elektrik yarımstansiyası inşa olunacaq. Eyni zamanda, mövcud enerji infrastrukturunun optimallaşdırılması da nəzərdə tutulur.

"300 yeni vaqonun alınması istiqamətində hazırda texniki və iqtisadi parametrlər üzrə beynəlxalq qiymətləndirmə və danışıqlar aparılır. Seçim prosesi yekunlaşdıqdan sonra istehsal mərhələsinə start veriləcək. Ümumilikdə bu layihələrin həyata keçirilməsi nəticəsində il ərzində əlavə 88 milyon sərnişinin daşınması mümkün olacaq", - deyə "Bakı Metropoliteni" QSC-nin sözçüsü fikirlərini yekunlaşdırıb.скачать dle 11.3
Mojo.az Banner