Mojo.az Banner
23:01 “WhatsApp”da yeni dönəm – Nömrəniz görünməyəcək  |     22:48 "Meta" yeni süni intellekt modelini təqdim etdi  |     22:40 Dünyanın ən varlıları yayda hara gedir? - 5 məkan  |     22:35 Numan Kurtulmuş: "Azərbaycan-Ermənistan yaxınlaşması müsbət və önəmlidir"  |     22:29 Sabunçuda evləri, həyətləri kanalizasiya suyu basıb - Video  |     22:23 Bulvarda batma təhlükəsi ilə üzləşən qadın xilas edildi - Video  |     22:18 Binəqədidə "Qarabağ" kafesində "iPhone" oğurluğu  |     22:10 Qlobal təsir Azərbaycanda da bu məhsulları bahalaşdıracaq - İqtisadçı açıqladı  |     22:04 Cins şalvar seçimi: 50 yaşdan yuxarı qadınlar üçün əsas məsləhətlər  |     21:59 Dünyanın ən "yaşıl" şəhərləri açıqlandı: Ən çox park və meşə olan yerlər  |     21:52 Futzal üzrə Azərbaycan millisi Gürcüstana uduzdu  |     21:47 Bu ərazilərdə işıq olmayacaq  |     21:43 Bu iPhone modellərində "Telegram" işləmir  |     21:37 Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər  |     21:30 Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA - 100 min...  |     21:24 Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət edib  |     21:16 AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq  |     21:11 Azərbaycanın vitse-konsulu Yekaterinburqda azərbaycanlı məhbuslarla görüşdü  |     21:04 Şeyx 10 milyon dollara dünyanın ən gözəl atını aldı - VİDEO  |     20:56 Dünya çempionu vəfat etdi  |    
Left Banner
Right Banner

Bakıda məktəblini oğurlamaq cəhdi: "Əllərində dəsmal vardı, məni tutub maşına soxmaq istəyirdilər"

01.05.2025 12:18 825
Bakıda məktəblini oğurlamaq cəhdi:
Bu gün səhər saatlarında Xırdalan şəhərində yerləşən 1 nömrəli məktəbdə qorxulu hadisə baş verib.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, bu barədə valideyn məlumat verib.

Onun sözlərinə görə, dərsdən çıxan 13 yaşlı oğlunu naməlum şəxs oğurlamağa cəhd edib.

Valideyn bildirib ki, hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil ona yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik tərpənərək təcavüzkarın əlindən qaçıb.

"Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı, məni tutub maşına soxmaq istəyirdilər", - deyə ana bildirib. O qeyd edib ki, oğlunun qolunda və əlində təzyiq izləri var.

Valideyn hadisə barədə dərhal polisə məlumat verdiyini bildirib. O, ərazidə təhlükəsizlik kameralarının olduğunu və görüntülərin araşdırılacağını deyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı bir sıra videolar və məlumatlar yayılıb. Polis orqanları isə həmin görüntülərin köhnə olduğunu və real vəziyyəti əks etdirmədiyini bildirib.скачать dle 11.3
Mojo.az Banner