Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Kürdəmirdə kişinin asılmış meyiti tapıldı  |     22:49 İntihar edən hərbi qulluqçumuzun 7 ay əvvəl toyu olubmuş: Ata olmağa hazırlaşırdı - FOTO  |     22:40 Naxçıvanda sarı xəbərdarlıq edildi  |     22:22 Əhalinin nəzərinə: Maaş belə hesablanacaq  |     22:03 "Marşrut avtobusu sərnişinləri sonuncu dayanacağa qədər aparmır" - ŞİKAYƏT  |     21:46 Əhaliyə may ayı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ - Həmin günlər təhlükəli tarixlərdir  |     21:32 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     21:14 Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub - FOTO  |     21:00 Ceyhun Bayramov Küveytə getdi  |     20:42 “Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu” - Vardanyanın məhkəməsi  |     20:28 Zaqatalada gənc qadın CANINA QIYDI  |     20:13 Bacısı övladının doğum gününə gedən Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin GÖRÜNTÜLƏRİ  |     20:05 Netanyahunun korteji qəzaya düşdü - FOTO  |     19:52 Təhlükəli virusun yeni ştammı kruiz gəmilərində xəstəliklərin yayılmasına səbəb olub  |     19:49 NATO ölkəsində hərbi laboratoriya partladı: Ölən var  |     19:33 Ukraynada müdafiə nazirinə üç yeni müavin təyin edilib  |     19:26 Bakıda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir  |     19:06 Yeni dövlət qurumu yaradıldı - Nizamnamə fondu 2 milyon olacaq  |     18:58 "Real"ın müdafiəçisi mövsümün qalan hissəsini buraxacaq  |     18:40 Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı YENİ QƏRAR  |    

Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub - FOTO

Aprelin 29-da Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Həmçinin tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın Azərbaycandakı səfirləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Azərbaycanda akkreditə olunmuş digər ölkələrin səfirləri, Azərbaycanın ictimai-siyasi xadimləri iştirak ediblər.

ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakim Alsenan bu tarixi əhəmiyyətli tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Sonra tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib: "Bu gün biz burada, ICESCO-nun yeni regional ofisinin açılışını qeyd edirik, uzun müddətdir arzuladığımız bir xəyala nəfəs veririk. Bu, əlaqələr qurmaq, əməkdaşlıq etmək arzusu və müdriklik, bilik və ortaq məqsədlə qurulmuş gələcəklə bağlı bir xəyaldır. Burada - əsrlər boyu sivilizasiyaların qovuşduğu yer və sülhün beşiyi olan Bakının mərkəzində təhsil, elm, mədəniyyət və kommunikasiyanın, müasirliyin və adət-ənənənin harmoniya içində qovuşduğu bir mərkəz olacaq regional ofisin açılışında iştirak edirik".

Bu regional ofisin Azərbaycana və Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərinə xidmət göstərəcəyini, regionun digər ölkələrinə də öz töhfəsini verməklə yanaşı, əməkdaşlıq və mükəmməllik ruhunu təşviq edəcəyini vurğulayan Salim bin Məhəmməd əl-Maliki deyib: "Əziz dostlar, bu nailiyyət heç də təsadüfən əldə edilməyib. Bu, həqiqi liderliyin, aydın baxışın və daha yaxşı gələcəyə olan davamlı sadiqliyin bəhrəsidir. Parlaq müdrikliyi və biliyin qüdrətinə olan dərin inamı hamımız üçün bir işıq kimi saçan lider, zati-aliləri Prezident İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk. Onun davamlı dəstəyi bu baxışı reallaşdırıb. Həmçinin zati-aliləri, ICESCO-nun xoşməramlı səfiri, təhsilə, mədəniyyətə və insanlığa olan sevgisi ilə bu layihənin reallaşmasına təkan verən Birinci vitse-prezident Mehriban Əliyevaya da minnətdarlığımızı bildiririk.

Bu gün fəxri qonaq qismində tədbirə qoşulan zati-aliləri Leyla xanıma və Arzu xanıma bizi hörmətlə qarşıladıqlarına və ICESCO ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın həqiqi çempionu olduqlarına görə xüsusi olaraq səmimi minnətdarlığımızı bildiririk".

Bu ofisin xüsusi bir ofis olacağını vurğulayan Salim bin Məhəmməd əl-Maliki qeyd edib: "Bu ofis fərqli şəkildə fəaliyyət göstərəcək. Fərqli ideyalara sahib olacaq. O, məqsədlərinə fərqli şəkildə çatacaq. O, üzv dövlətlərimizlə möhkəm əməkdaşlıq ruhu ilə döyünən, təhsil, mədəniyyət, elm, kommunikasiya sahələrində yeni tərəfdaşlığın ritmlərini əks etdirən canlı bir ürək olacaq.

ICESCO-nun strateji məqsəd və vəzifələrini inkişaf etdirməklə yanaşı, Bakı ofisi ətraf mühitimizi müdrikliklə və təcili olaraq qorumaq, bəşəriyyətə xidmət etmək üçün süni intellekti daha da inkişaf etdirmək, diqqəti sabahın memarları olan gənclərimizə yönəltmək və dəyərli irsimizin, kimliyimizin ruhunun qorunub saxlanılması kimi məqsədlərə xidmət edəcək. Bu ofisdə ilhamverici layihələr və yeni ideyalar yaradılacaq. Burada ölkələr və nəsillər arasında əlaqələri möhkəmləndirən bağlar yaranacaq.

Biz ICESCO olaraq bu mərkəzi xəyallarla, müdrikliklə və biliklə qurmağı seçirik. Bu yeni regional ofis xəyalpərəstləri, o cümlədən bunun reallaşmasını mümkün edən liderləri ləyaqətə, biliyə, mədəniyyətə, sülhə və xüsusilə də gələcəyin formalaşmasında birgə işləməyə çağıran, onlara bələdçilik edən, yollarını işıqlandıran bir mayak olacaq. Sizi bir daha əmin edirəm ki, bu ofis kökü müdriklik, budaqları sülh, meyvələri gələcək nəsillərə ümid mirası olan qüdrətli bir ağacın toxumu olacaq".

Daha sonra tədbirdə ICESCO-nun yaranma tarixi, Azərbaycanla qurulan ikitərəfli əlaqələr barədə videoçarx nümayiş olunub.

Sonda Leyla Əliyeva ofisin xatirə kitabına ürək sözlərini yazıb.












скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 29.04.25 21:14