Mojo.az Banner
14:50 Bakının bu küçələri tam bağlanacaq  |     14:42 Zəlzələdə ölənlərin sayı 6301-ə çatdı  |     14:37 Azərbaycanda unun topdansatış qiymətləri  |     14:30 Liviyada hərbi kəşfiyyatın rəisi sui-qəsd nəticəsində öldürüldü  |     14:25 Baş prokuror Qubada vətəndaşları qəbul edəcək  |     14:16 Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi  |     14:11 "Paşinyan ziddiyyətli və çaşdırıcı açıqlamalar verir" - Rusiya XİN  |     14:03 İrandan Rusiyaya bibərlərin arasında narkotik aparmaq istədilər - VİDEO  |     13:52 Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb  |     13:36 Onlayn alış-verişlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ  |     13:35 Aǧcabədidə əkin sahəsini yandıran şəxs saxlanıldı  |     13:00 Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     12:55 Biznes qurmaq adı ilə iş adamlarını aldadan şəxsə hökm oxundu  |     12:45 Saatlıda yanğın törədən şəxs saxlanıldı  |     12:40 İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı  |     12:33 Balakəndə ana və oğlunun həlak olduğu qəzada ata da öldü  |     12:07 İnsan saçları okeanı xilas edəcək - Qeyri-adi üsul  |     12:05 “Nizami–28 May” bağlanır: Tələbələrə avtobuslarda güzəşt edilə bilər  |     12:01 Tramp Hörmüz boğazı ilə bağlı SON VƏZİYYƏTİ açıqladı  |     11:54 Kolumbiyada futbol çempionatı dayandırıldı  |    
Left Banner
Right Banner

Nəsimi rayonunda "Kəndli yarmarkası"nın fəaliyyəti dayandırılıb - VİDEO

28.04.2025 15:50 792
Nəsimi rayonunda
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə FHN məlumat yayıb.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən "Azər-Aqro LTD" şirkətinə məxsus "Kəndli yarmarkası"nda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsanın mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- pilləkən qəfəsinin tavan konstruksiyasının bəzədilməsində yanar material olan lambirindən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən "Azər-Aqro LTD" şirkətinə məxsus "Kəndli yarmarkası"nın inzibati binasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
скачать dle 11.3
Mojo.az Banner