Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Unudulmuş xəstəliklər qayıdır - ÜST-dən narahatlıq doğuran XƏBƏRDARLIQ

24.04.2025 14:58 783
Unudulmuş xəstəliklər qayıdır - ÜST-dən narahatlıq doğuran XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın bir çox ölkəsində əhalinin vaksinasiya proqramlarının azalması ilə bağlı ciddi narahatlığını ifadə edib. Bildirilir ki, bu təşvişdoğuran tendensiya qızılca, meningit və sarı qızdırma kimi ölümcül xəstəliklərin yayılmasının artması fonunda müşahidə olunur.

Bu barədə təşkilatın saytında yayılan bəyanatda qeyd edilib.

Bildirilib ki, vaksinasiya sahəsində kifayət qədər səy göstərilməməsi, demək olar ki, yox olmuş xəstəliklərin, o cümlədən difteriyanın geri qayıtmasına səbəb ola bilər. Təşkilatın ekspertlərində xüsusi narahatlıq doğuran məsələlərdən digəri 2021-ci ildən bəri xəstələnmə hallarının davamlı artdığı qızılca ilə bağlı vəziyyətdir.

"Qızılca xəstəliyinin artması, koronavirus pandemiyası zamanı və ondan sonra bir çox icmalarda baş verən immunizasiya əhatəsinin azalmasını əks etdirir", - deyə bəyanatda qeyd edilib.

Son xəbərlər