Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlər Günəşin Yer üçün təhlükəsindən danışdılar: "Planetdə heç bir canlı qalmayacaq"

23.04.2025 11:46 1 692
Alimlər Günəşin Yer üçün təhlükəsindən danışdılar:
Günəşin qocalması və istiləşməsi Yerdə istixana effektinin yaranmasına səbəb olacaq.

Bu barədə "Planetary Science" nəşrinin dərc etdiyi yazıda bəhs edilib.

Bildirilib ki, Çikaqo Universitetindən olan alimlər bu prosesi planetdə həyatın mövcudluğuna təhlükə kimi qiymətləndirirlər.

Tədqiqatçılar hesab edirlər ki, Yer planeti var olandan bəri Günəşin parlaqlığı 30 faiz artıb və yüksək templə yüksəlməyə davam edir. Eyni proses kosmosdakı digər ulduzlarla da baş verir.

Alimlərin ehtimalına görə, eyni aqibət Günəşin başına gəldiyi zaman Yer kürəsində istixana effekti yaranacaq. Bu səbəbdən də, planet daha sürətlə istiləşəcək.

Proses ilk növbədə, bitkilərə, bundan sonra isə heyvanlara və insanlara təsir edəcək. Nəticələr qlobal xarakter daşıyacaq - planetdə sözün əsl mənasında heç bir canlı qalmayacaq.

Alimlərin təxminlərinə görə, bu, milyard ildən sonra baş verə bilər.

Son xəbərlər