Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İndiyə qədər yalnız 5 nəfərin görə bildiyi yeni rəng kəşf edildi

22.04.2025 22:00 1 038
İndiyə qədər yalnız 5 nəfərin görə bildiyi yeni rəng kəşf edildi
Alimlər indiyədək heç kimin görmədiyi bir rəng kəşf etdiklərini açıqlayıblar. Bildirilib ki, bu rəng mavi və yaşıl çalarlıdır, lakin məlum tonlardan çox daha doymuşdur. Bu rəngi yalnız beş nəfər görə bilib.

Median.Az bildirir ki, elm dünyası yeni bir rəng kəşf edib.

ABŞ-ın aparıcı qurumlarından olan Berkli Kaliforniya Universitetinin tədqiqatçıları yeni rəng kəşf etdiklərini açıqlayıblar. Mavi və yaşılın kölgəsi olan bu rəngin mövcud tonlardan çox daha sıx və parlaq olduğu deyilir.
 
“Olo” adlanan bu rəngi alimlər gözlərinə lazer vurduqdan sonra görüblər. Buna görə də yeni rəngi yalnız tədqiqat aparan alimlər görüblər. Tədqiqat zamanı iştirakçıların tor qişasının müəyyən hüceyrələri stimullaşdırılıb. Elm adamları daha əvvəl görmədiklərini iddia etdikləri yeni bir rəng gördüklərini ifadə ediblər.
 
Tədqiqatçılar yeni kəşf edilən rəngin rəng korluğu ilə bağlı araşdırmalar üçün çox faydalı olacağına inanırlar. Yeni rəngi görənlərdən biri professor Ng:
 
"Tutaq ki, bütün ömrün boyu gəzmisən və yalnız çəhrayı, körpə çəhrayı, pastel çəhrayı görmüsən. Sonra bir gün ofisə gedirsən və kimsə köynək geyinir. Köynəyin rəngi ən sıx körpə çəhrayısıdır və deyirlər ki, bu rəng indiyə qədər gördüyümüz qırmızı rəngdir"- deyə bildirib. O, yeni rəngin hekayəsini belə yekunlaşdırır.

Bəs yeni rəng necə tapılıb?
 
Tədqiqat hesabatına görə, iştirakçılar güzgülər, lazerlər və optik cihazlardan ibarət olan “Oz” adlı cihaza baxıblar. Avadanlıq UC Berkeley və Vaşinqton Universitetinin alimləri tərəfindən hazırlanıb. İştirakçılar bu cihaza baxdıqda, yalnız tor qişalarında olan “M konusları” stimullaşdırılıb.
 
İşığa həssas toxuma təbəqəmiz olan retinada mavi, qırmızı və yaşılın müxtəlif dalğa uzunluqlarına həssas olan “S, L və M” konus hüceyrələri var. M konus hüceyrəsini stimullaşdıran hər hansı işıq qonşu L və/yaxud S konuslarını da stimullaşdırmalıdır. Halbuki bu araşdırma zamanı yalnız M konusunun stimullaşdırılması baş verib, yəni beyində daha əvvəl görülməmiş bir rəng görülüb.
 
Yeni rəngin həqiqətən “yeni” olub-olmadığı ilə bağlı mübahisələr isə davam edir.
 скачать dle 11.3
Mojo.az Banner