Mojo.az Banner
Left Banner
Right Banner

Bəzi çaylarda sululuq artıb

22.04.2025 11:18 1 236
Bəzi çaylarda sululuq artıb
Avtomat hidroloji stansiyaların aprelin 22-si saat 9:00-a olan məlumatına əsasən, ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, Böyük Qafqaz ərazisindən axan Vəlvələçay-Afurcada 21 sm, Katexçay-Qəbizdərədə 11 sm, Qudyalçay-Qımılda 10 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 14 sm, Tərtərçay-Kəlbəcərdə 13 sm, Bərgüşadçay-Əliquluuşağıda 11 sm, Oxçuçay-Bürünlüdə 8 sm, Zabuxçay-Bozlu və Tutqunçay-Comərddə 4 sm artım qeydə alınıb.скачать dle 11.3
Mojo.az Banner