Mojo.az Banner
23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |    
Left Banner
Right Banner

Özbəkistan 200 min manata “qızıl viza” satmağa başlayır - Özəllikləri

21.04.2025 22:55 696
Özbəkistan 200 min manata “qızıl viza” satmağa başlayır - Özəllikləri
1 iyun 2025-ci ildən etibarən Özbəkistanda xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə sadələşdirilmiş qaydada 5 illik yaşamaq icazəsi veriləcək.

Bu barədə müvafiq sərəncamı ölkə prezidenti Şavkat Mirziyoyev imzalayıb.

Yeni qərara əsasən, yaşayış icazəsi 200 min dollar qarşılığında əldə edilə biləcək. Ərizəçinin yaxın qohumları – həyat yoldaşı, valideynləri və uşaqları üçün isə bu məbləğ 100 min dollar təşkil edəcək. Verilən sənəd 5 il müddətində etibarlı olacaq.

Qeyd edək ki, 2019-cu ildən Özbəkistan 109 ölkənin vətəndaşlarına yaşamaq icazəsini daşınmaz əmlaka investisiya etmə şərti ilə təqdim edir. Belə ki, regionlarda 100 min dollar, Daşkənd və Daşkənd vilayətində isə 300 000 dollar dəyərində daşınmaz əmlak alanlara bu hüquq verilir.

Qeyd edək ki, bu təcrübə təkcə Özbəkistanla məhdudlaşmır. Dünyanın bir çox ölkəsində “qızıl viza” adlandırılan bu sistem investorlar üçün yaşamaq və bəzən vətəndaşlıq əldə etmək imkanı yaradır. Məsələn, Qırğızıstanda 2022-ci ildən bəri 10 milyon som (təxminən 120 min dollar) investisiya edən xaricilərə sürətləndirilmiş qaydada yaşamaq icazəsi verilir. Bu icazə üçün ölkədə öncədən yaşamaq tələbi qoyulmur.

2025-ci ilin fevralında ABŞ Prezidenti Donald Tramp, ölkənin yaşamaq və işləmək hüququ verən, gələcəkdə vətəndaşlıqla nəticələnə bilən “qızıl kart” proqramını təqdim edib. Yeni proqram çərçivəsində “qızıl kart” 5 milyon dollara təklif olunur. ABŞ-nin ticarət naziri Hovard Lutnikin açıqlamasına görə, tətbiq olunan ilk gündə 1000 ədəd “qızıl kart” satılıb.

Hesablamalara görə, “qızıl viza” proqramları dünya ölkələrinə hər il 13 milyard dollara qədər gəlir gətirir.
//yeniavazскачать dle 11.3
Mojo.az Banner