Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Bu həftə "Tesla" və "Alphabet" gəlir açıqlayacaq - Davam, yoxsa...?

21.04.2025 21:59 960
Bu həftə
Yeni həftədə ABŞ fond bazarının diqqət mərkəzində "Alphabet", "Tesla", "Boeing" kimi nəhəng şirkətlərin birinci rüb maliyyə hesabatları və Donald Tramp administrasiyasının tarif siyasəti olacaq.

Tarif qeyri-müəyyənliyi bazarlara təsir edir

Qaynarinfo-nun verdiyi xəbərə görə, 9 aprel tarixində qarşılıqlı tariflərə 90 günlük fasilə elan olunmasına baxmayaraq, Tramp administrasiyasının siyasətindəki qeyri-müəyyənlik fond bazarlarında satışlara səbəb olub. Ötən həftə "S&P 500" indeksi təxminən 1,5%, "Nasdaq Composite" və "Dow Jones Industrial Average" isə hər biri 2,6% dəyər itirib.

Yeni həftədə "S&P 500" indeksinə daxil olan 120-dən çox şirkətin maliyyə nəticələri açıqlanacaq. Bu siyahıda "Alphabet", "Tesla", "Chipotle", "Boeing" və "Verizon" kimi iri şirkətlər ön plandadır.

İqtisadi göstəricələr baxımından isə həftə daha sakit keçəcək. İstehsalat və xidmət sahələrində fəaliyyətlə bağlı göstəricilər, eləcə də istehlakçı əhval-ruhiyyəsi əsas mövzulardan olacaq.

"Nvidia" xəbərdarlığı və FED açıqlaması bazarlarda enişi sürətləndirdi

Çərşənbə günü bazarlarda kəskin satışlar müşahidə edilib. Buna səbəb ABŞ hökumətinin "Nvidia"nın Çinə çip ixracına yeni məhdudiyyətlər tətbiq etməsi və şirkətin 5,5 milyard dollar itki ilə üzləşəcəyini açıqlaması olub. FED sədri Cerom Pauell (Jerome Powell) isə çıxışında faiz dərəcələrinin dəyişdirilməsi üçün "daha aydın mənzərə" gözlədiklərini bildirib.

"Defiance ETFs"in baş direktoru Silviya Cablonski (Silvia Jablonski) "Yahoo Finance"ə bildirib ki, bazarlardakı qeyri-müəyyənlik hələ də davam edir.

"Citigroup"un ABŞ səhm ticarəti strategiyası rəhbəri Stüart Kayzer (Stuart Kaiser) isə qarşıdakı həftələrin yay ayları üçün bazarın istiqamətini müəyyən edəcəyini bildirib. Onun sözlərinə görə, tarif məsələsində müsbət xəbər olarsa, bazar bu vəziyyəti bir növ ssenari kimi qəbul edəcək. Əks halda, durğunluq ehtimalı daha da artacaq.

Zəif maliyyə nəticələri


Hazırda "S&P 500" indeksinə daxil olan şirkətlərin yalnız 12%-i birinci rüb nəticələrini açıqlayıb. "FactSet" məlumatlarına əsasən, bu şirkətlərin 71%-i səhm başına gəliri üzrə proqnozları keçib. Bu göstərici son 5 ilin orta göstəricisi olan 77%-dən aşağıdır.

Şirkətlər proqnozları orta hesabla 6,1% üstələyib, halbuki son 5 ildə bu göstərici 8,8% təşkil edib. Gələn həftə açıqlanacaq yeni hesabatlarla bu meyllərin davam edib-etmədiyi aydınlaşacaq.

"Citigroup"un ABŞ səhmləri üzrə strateqi Skott Kronert (Scott Chronert) bildirib ki, şirkətlərin tariflərlə bağlı açıqlamaları bazar iştirakçılarına qiymətləndirmələrə dair mühüm ipucları verəcək.

"Alphabet" və "Tesla" 2023–2024-cü illərdə bazarın yüksəlişində əsas rol oynayan "möhtəşəm yeddilik" texnologiya səhmlərinin maliyyə mövsümünü başladacaq. Lakin 2025-ci ilin əvvəlindən bu şirkətlərin səhmləri dəyər itirib: "Alphabet" 20%, "Tesla" isə 40%-dən çox geriləyib.

İnvestorlarda ehtiyatlılıq artır

Baxmayaraq ki, "S&P 500" 8 aprel tarixindən bu yana ən aşağı səviyyəsindən 6% yüksəlib, bir çox analitiklər bazarın yaxın gələcəkdə daha da yüksələcəyinə əmin deyil.

"Truist"in baş investisiya direktoru Kit Lerner (Keith Lerner) cümə axşamı yayımladığı qeyddə ABŞ səhmlərinə dair mövqeyini neytraldan "daha az cəlbedici" səviyyəyə endirib. Onun fikrincə, zəifləyən iqtisadi artım perspektivi investorların daha müdafiəkar davranmasını zəruri edir.

ABŞ iqtisadiyyatı üzrə ümumi artım proqnozları 2025-ci il ərzində aşağı yönlü olub. Tariflər səbəbilə durğunluq riskinin artması, bu proqnozların kifayət qədər aşağı olub-olmadığını gündəmə gətirir.

"Ritholtz Wealth Management"in bazar strateqi Kelli Koks (Kelly Cox) qeyd edib: "Səhmlər hələ ki durğunluq ehtimalını tam mənimsəməyib".

Son xəbərlər