Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Gümrünün meri Ermənistanın Rusiya ilə ittifaq dövlətinə daxil olmasını istəyir

19.04.2025 17:39 1 551
Gümrünün meri Ermənistanın Rusiya ilə ittifaq dövlətinə daxil olmasını istəyir
"Ermənistanın Rusiya ilə ittifaq dövlətinə daxil olması respublikanın təhlükəsizliyini təmin etmək üçün lazımdır".

Bunu aprelin 19-da Gümrü şəhərinin meri vəzifəsinə rəsmən başlayan Vardan Qukasyan NEWS.ru saytına verdiyi müsahibəsində deyib.

2026-cı ildə Ermənistanın baş naziri postuna namizəd olmağı planlaşdıran müxalif siyasətçi sabitlik və təhlükəsizlik zəmanətlərini hər şeyin əsası adlandırıb.

"İttifaq dövlətinə qoşulmaqla bugünkü dünyada hər şeyin təməli olan təhlükəsizliyi əldə edəcəyik. Ermənistan Rusiyanın nüvə müdafiə proqramının bir hissəsi olacaq və bununla birlikdə təhlükəsizlik və sabitlik zəmanətləri alacaq" , - deyə V.Qukasyan qeyd edib.

Gümrünün meri vurğulayıb: "Yalnız ölkəmizin təhlükəsizliyini təmin etməklə iqtisadiyyatı inkişaf etdirə biləcəyik".

Son xəbərlər