Mojo.az Banner
18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Üç övladının gözü qarşısında ərinin qatili oldu - Ağır cinayət törədən Aysu AZADLIĞA BURAXILDI

18.04.2025 18:28 1 458
Üç övladının gözü qarşısında ərinin qatili oldu - Ağır cinayət törədən Aysu AZADLIĞA BURAXILDI
Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib.

Median.Az
Modern.az-a istinadla xəbər verir ki, hadisə 2023-cü ildə gecə saatlarında üç azyaşlı uşağın gözü qarşısında baş verib.

Məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli həyat yoldaşı Nurlan Çərkəzlini qəsdən öldürsə də, bu əməli anlaqsız vəziyyətdə törətdiyi müəyyən olunub və o, cinayət məsuliyyətindən azad edilib.

İstintaq və məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli uzun müddət ailədaxili zorakılığa məruz qalıb. Hadisə baş verən gecə isə Nurlan Çərkəzli spirtli içki qəbul etdikdən sonra evə qayıdaraq həyat yoldaşını hədələyib: "Səni öldürəcəyəm, get, mətbəxdən bıçağı gətir". Daha sonra evdə olan pnevmatik silahı güllə ilə dolduraraq Aysuya qarşı təzyiqləri davam etdirib.

Aysu həmin anda psixi gərginlik və qorxu içində mətbəxdən bıçaq gətirib və nəticədə həyat yoldaşına ölümcül zərbələr endirib.

Aysu Çərkəzlinin məhkəmədə bildirdiyinə görə, hadisə günü baş verənlər və Nurlanın davranışları onda "kəskin stres" və "patoloji affekt" yaradıb. Tibbi ekspertizanın rəyinə əsasən, Aysu "orta dərəcəli depressiv pozuntu" diaqnozu ilə həmin an anlaqsız vəziyyətdə olub. Bu səbəbdən o, törətdiyi əməli dərk və idarəetmə qabiliyyətini itirmiş hesab olunub.

Hadisə şahidi olan üç azyaşlı uşağın məhkəmədə verdiyi ifadələr də ailədə davam edən zorakılığın və gərginliyin izlərini təsdiqləyir. Uşaqlardan biri atasının anasına qarşı fiziki və psixoloji təzyiqlər göstərdiyini, bıçaqla vurulan anın şahidi olduğunu bildirib. Digərləri isə hadisə zamanı qorxudan yuxuya getdiklərini, səhər valideynlərini qan içində gördüklərini deyiblər.

Məhkəmə Aysu Çərkəzlinin əməli törədərkən psixi vəziyyətinin sabit olmadığını sübuta yetirərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edib. Qərara əsasən, Aysu Çərkəzli barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi tibbi müalicə tədbiri tətbiq olunacaq. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həyata keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner