Mojo.az Banner
20:53 Taksi biznesi vədi ilə 375 min manatlıq dələduzluq  |     20:48 "Dərsliklərin dili ağır və akademikdir" - Təhsil eksperti  |     20:41 Fiziki süni intellektə "eşitmə" qabiliyyəti qazandırmaq üçün 18 milyon dollar toplandı  |     20:36 İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? (VİDEO)  |     20:27 Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?  |     20:22 Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO  |     20:14 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır!  |     20:09 Yaşıllıqlara 40 min manata yaxın ziyan vuruldu  |     20:02 Bakı Dəmiryol Vağzalında Milli Musiqi Günü münasibətilə fleşmob keçirildi - VİDEO  |     19:56 Bakıda avtobus həyətin girişində qaldı - VİDEO  |     19:51 FIFA Qavinin cəzası ilə bağlı qərar verdi  |     19:43 Pakistanda bomba yüklü maşın məscidə çırpılıb - Ölənlər var  |     19:37 Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb  |     19:30 Şənbə günü hava necə olacaq?  |     19:24 Azərbaycanda fermerlər üçün yeni maliyyə aləti tətbiq ediləcək  |     19:15 Polşadan Azərbaycana qarşı təxribat - VİDEO  |     19:10 Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq  |     19:03 Makron bahalaşan benzin qiymətlərindən danışdı  |     18:45 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət  |     18:37 Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadın sərnişini döyən avtobus sürücüsü cəzalandırıldı

17.04.2025 16:15 738
Bakıda qadın sərnişini döyən avtobus sürücüsü cəzalandırıldı
Bakıda sərnişini döyən 165 nömrəli xətt avtobusunun sürücüsünə hökm oxunub.

Median.Az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü G.H. idarə etdiyi sərnişin avtobusunda 1968-ci il təvəllüdlü S.A.-ya xəsarət yetirdiyi üçün Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib.

Məhkəmədə məlum olub ki, G.H. metronun "20 Yanvar" stansiyası yaxınlığında idarə etdiyi 165 nömrəli avtobusla duracaqdan sərnişinləri qəbul etdikdən sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətində hərəkət etməli imiş, lakin bir qadın avtobusa kartla ödəniş etmədən mindiyi üçün aralarında mübahisə yaranıb.

Sürücü qadına irad tutaraq, ödəniş etməsini tələb edib. Bu zaman həmin şəxs əsəbiləşərək, ona: "Əcəb edirəm, sən kimsən?" - deyib. Sürücü hərəkətə davam edərək, Mehdiabad qəsəbəsi, "Gənclər şəhərciyi" yaşayış kompleksinin yaxınlığında yerləşən dayanacaqda yolu bitirərək, avtobusu saxlayıb.

Bütün sərnişinlər avtobusdan düşdükdən sonra qadının ödəniş etməməsi və sürücünü telefonla videoya çəkməsi səbəbindən aralarında mübahisə yaranıb. Sürücü qadına əli ilə bir neçə dəfə zərbə endirib. Nəticədə xanım sərnişinin sol gözünə qansızma ilə müşahidə olunan sağlamlığına qəsdən zərər vurub.

Məhkəmənin qərarı ilə G.H.-yə doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sürücü cəza çəkdiyi müddətdə üzərində elektron nəzarət vasitəsini gəzdirəcək.скачать dle 11.3
Mojo.az Banner