Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:00 Rusiyada internet kəsilib | 16:44 Məzuniyyətlə bağlı qaydalar dəyişir | 16:36 Milli Məclis yaşayış minimumunun artmasına razılıq verdi | 16:26 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı qanunda dəyişikliklər edildi | 16:04 Mərkəzi Bankın səlahiyyətləri artırıldı | 15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər |
Mojo.az Avto
Mojo.az Avto

Slovakiyanın Baş naziri: Mayın 9-da Moskvaya gedəcəyəm – heç kim mənə əmr verə bilməz

15.04.2025 21:38 1 161
Slovakiyanın Baş naziri: Mayın 9-da Moskvaya gedəcəyəm – heç kim mənə əmr verə bilməz
Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib ki, Avropa İttifaqının diplomatik xidmət rəhbəri Kaya Kallasın xəbərdarlıqlarına baxmayaraq, 9 may – Qələbə Gününün 80 illiyi münasibətilə Moskvada keçiriləcək mərasimlərdə iştirak edəcək.

Apa xəbər verir ki, bu barədə Fitso öz "Faceebok" hesabında yazıb.

“Xanım Kallasın xəbərdarlığı və hədəsi hörmətsizlikdir və mən buna etiraz edirəm”, – deyə Fitso öz bəyanatında bildirib. “Mən 9 mayda Moskvaya gedəcəyəm. Bu xəbərdarlıq şantajdır, yoxsa qayıtdıqdan sonra cəzalandırılacağımın anonsudur? Bilmirəm. Amma bir şeyi bilirəm – hazırda 2025-ci ildir, 1939-cu il yox”.

Fitso bildirib ki, Kallasın bəyanatı Aİ-də demokratiyanın mahiyyəti ilə bağlı ciddi müzakirələrin zəruriliyini göstərir:

“Xanım Kallas, sizə bildirmək istərdim ki, mən Slovakiyanın – suveren bir dövlətin qanuni baş naziriyəm. Heç kim mənə haraya gedə biləcəyimi və ya bilməyəcəyimi əmr edə bilməz”.

Baş nazir əlavə edib ki, Moskvaya getməkdə məqsədi Slovakiyanı azad edərkən həlak olmuş minlərlə Qızıl Ordu əsgərinin xatirəsini ehtiramla yad etməkdir.

Son xəbərlər