Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 min manat pul oğurlanıb

14.04.2025 11:20 987
Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 min manat pul oğurlanıb
Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 048 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 12 və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 11 100, 10 283, 4 900, 2 537, 2 520, 2 183, 1 500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - deyə DİN vətəndaşlara bir daha müraciət edib.

Son xəbərlər