Mojo.az Banner
13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |     11:56 Azərbaycanda yasa 60 min manat xərcləndi – Din xadimindən açıqlama  |     11:40 Xəzərdə zəlzələ olub - FOTO  |     11:31 Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO  |     11:27 Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR  |     11:20 Türkiyədə məşhur iş adamının oğlu saxlanıldı  |     23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |    
Mojo.az Avto
Mojo.az Avto

"Rembo: İlk qan" filminin rejissoru vəfat etdi

12.04.2025 21:39 1 173
"Rembo: İlk qan”, "Berni ilə həftəsonu” və digər məşhur filmlərin rejissoru olan tanınmış kanadalı sənətkar Ted Kotçeff vəfat edib. Onun 94 yaşı var idi.

Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb.

Məşhur rejissorun ölüm səbəbi hələlik açıqlanmayıb. Ted Kotçeffin yaxınları bu barədə rəsmi açıqlama verməkdən imtina edirlər və onun itkisini hələ də qəbul edə bilmirlər.

Qeyd edək ki, Kotçeff iki dəfə evli olub və beş uşaq böyüdüb.

Gələcək rejissor Toronto Universitetini bitirib. Burada o, "ingilis ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və daha sonra televiziya və radio yayım şirkətində işə başlayıb. Karyerasına səhnə işçisi kimi başlayan Kotçeff sonradan ən gənc dramatik rejissora çevrilib.

Ted Kotçeffin ilk filmi 1962-ci ildə çəkilən "Tahiti tiaqı” olub. Lakin ona daha geniş tanınma gətirən ekran işi 9 il sonra yayımlanan "Təhlükəli oyanış” filmi idi. Ardınca "Daddi Kravitsin şagirdliyi” filmi Berlin kino festivalında "Qızıl ayı” mükafatını qazanıb və "Ən yaxşı adaptasiya olunmuş senari” nominasiyasında "Oskar”a namizəd olub.

Ted Kotçeffin Hollivudda tanınan filmləri arasında "Şimal Dallasın 40-cıları”, "Berni ilə həftəsonu”, "Dik və Ceynlə əyləncələr”, "Fövqəladə cəsarət”, "Rembo: İlk qan” və digər məşhur ekran əsərləri yer alır.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner