Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Kelloq: ABŞ Ukraynanı müharibədən sonrakı Berlin kimi bölə bilər

12.04.2025 19:03 1 182
Kelloq: ABŞ Ukraynanı müharibədən sonrakı Berlin kimi bölə bilər
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Kit Kelloq Ukraynanın sülh sazişi çərçivəsində “demək olar ki, İkinci Dünya müharibəsindən sonrakı Berlin kimi” bölünə biləcəyini bildirib.

Bu barədə diplomat “The Times”a müsahibəsində söyləyib.

“Bunu İkinci Dünya müharibəsindən sonra Berlindəki kimi etmək olar, o zaman rus zonası, fransız zonası, Britaniya zonası, ABŞ zonası var idi”.

Bununla yanaşı, üç illik müharibənin dayandırılmasına yönəlmiş ABŞ səylərində aparıcı fiqur olan Kelloq “sakitləşdirici qüvvələr” çərçivəsində Britaniya və Fransa qoşunlarının ölkənin qərbindəki zonaları, Rusiya ordusunun isə işğal olunmuş şərqi nəzarətə götürə biləcəyini ehtimal edib. Onların arasında Ukrayna qoşunları və demilitarizasiya olunmuş zona olacaq.

Eyni zamanda, Kelloq hesab edir ki, Ukraynanı şimaldan cənuba kəsən və Kiyevdən keçən Dnepr çayının qərbindəki ingilis-fransız qüvvələri Moskva üçün “heç də təxribatçı olmayacaq”.

Onun fikrincə, Ukrayna sülh sazişinə riayət olunmasını təmin etməyə çalışan qoşunları yerləşdirmək üçün kifayət qədər böyük ölkədir.скачать dle 11.3
Mojo.az Banner