Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərbi xidmətdən ezamiyyətə gələn gizir tanışını döyüb öldürdü

12.04.2025 14:49 594
Hərbi xidmətdən ezamiyyətə gələn gizir tanışını döyüb öldürdü
Abşeron rayonunda 40 yaşlı dostunu qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Sərxan Əliyevin məhkəməsi başa çatıb.

Median.Az
Demokrat.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsində ədliyyə kiçik giziri hərbi rütbəsində xidmət etdiyi müddətdə, 12 sentyabr 2022-ci ildən etibarən Penitensiar Xidmətin Bakı şəhəri ərazisində yerləşən mühafizə alayında ezamiyyətdə olub.

O, iş vaxtından sonra, 26 aprel 2024-cü ildə, gecə saat 23 radələrində yaşadığı Abşeron rayonunun Məmmədli kəndində, Hüseyn Rəhmanov küçəsində yerləşən "Xəngəlabad" kafesində tanışı Zaur Seyfullayev ilə birlikdə spirtli içki qəbul edib.

Daha sonra Sərxan Zaurun onun ünvanına nalayiq ifadələr deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zaurun üzünə bir yumruq zərbəsi vurub. Orada olan şəxslər onları ayıraraq mübahisənin davam etməməsi üçün Zaur Seyfullayevi kafedən çölə çıxararaq yaşadığı evə yola salıblar.

Bir qədər sonra, yəni aprelin 27-də, gecə saat 01:10-da Sərxan digər tanışı ilə birgə Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsi ilə evlərinə gedərkən Zaurla rastlaşıb.

Bu zaman onların arasında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı Zaur Sərxana ünvanlanmış şəkildə "mənə nəyi yedizdirəcəksən" deyə soruşub, onun ünvanına nalayiq ifadələr işlədərək sağ əli ilə ona yumruq vurmaq istəyib.

Lakin Sərxan zərbədən yayınaraq geriyə doğru çəkilib və bu səbəbdən Zaur Seyfullayev müvazinətini itirərək yerə yıxılıb.

Daha sonra Sərxan yerdə olan Zaur Seyfullayevin başına yumruq vurmağa başlayıb. Zaur sərxoş olduğu üçün Sərxana fiziki müqavimət göstərmək iqtidarında olmayıb.

Buna baxmayaraq o, Sərxanın və ailə üzvlərinin ünvanına durmadan ağır söyüşlər söyməyə davam edib. Beləliklə onlar bir-birilərinə qarşı zor tətbiq edərək dava etməyə başlayıblar. Təxminən 30-35 dəqiqə ərzində müxtəlif vaxt aralıqları ilə dava etdikləri zaman Sərxan Zaur Seyfullayevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurub.

Bütün bunlara baxmayaraq, Zaur Seyfullayev yenə də Sərxana qarşı söyüşlər söyməyə davam edib. Sərxan isə bundan daha da qəzəblənib və Zaur Seyfullayevə çoxsaylı bədən xəsarətləri yetirməsindən kifayətlənməyib. Onun sərxoş halda yerdə uzanmış vəziyyətdə olmaqla fiziki olaraq müqavimət göstərmək imkanını qismən itirməsindən istifadə edərək onu boğmaqla öldürmək qərarına gəlib. Sərxan öz cinayətkar hərəkətlərini davam etdirməklə köməksiz vəziyyətdə olan Zaurun boğazından hər iki əli ilə sıxıb, onun nəfəs ala bilməməsi üçün bir neçə dəqiqə həmin vəziyyətdə saxlamaqla boğub. Bunun nəticəsində Zaur ölüb.

İstintaq orqanı tərəfindən Sərxan Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sərxan Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti veriblər. Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunması barədə qərar qəbul edilməsini istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onların verdiyi şikayət təmin olunmayıb, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner