Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

2028-ci ildə Olimpiada tarixində bir ilk yaşanacaq

11.04.2025 18:20 1 524
2028-ci ildə Olimpiada tarixində bir ilk yaşanacaq
2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında 5655 qadın və 5543 kişi iştirak edəcək. Tarixdə ilk dəfə olaraq Olimpiadada qadın idmançıların sayı kişi idmançılardan çox olacaq.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında bildirilib.

Xəbərə görə, futbolda qadın komandalarının sayı kişi komandalarından çox olacaq - 16-ya qarşı 12. Həmçinin boksda qadınlar üçün çəki kateqoriyası əlavə edilib.

"Gender bərabərliyi idmançılar üçün kvota və yarışların sayını müəyyən edərkən əsas amil olub", - deyə BOK-dan bildirilib.

Qeyd edək ki, ABŞ-də keçiriləcək Yay Olimpiya Oyunlarında ümumilikdə 351 medal uğrunda mübarizə aparılacaq. Bu, 2024-cü ildə Parisdə keçirilən oyunlarda təqdim edilən medallardan 22 ədəd çoxdur.

Təşkilat Komitəsi beş əlavə idman növü təklif edib - lakross, kriket, flaq-futbol, skvoş və beysbol/softbol. Bundan əlavə, proqrama altı qarışıq komanda növü əlavə edilib - oxatma, yüngül atletika ( 4x100 m qarışıq estafet), qolf, gimnastika, avarçəkmə, sahil sprinti və stolüstü tennis.скачать dle 11.3
Mojo.az Banner