Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya və ABŞ birbaşa uçuşların bərpasını müzakirə edirlər

11.04.2025 16:43 1 182
Rusiya və ABŞ birbaşa uçuşların bərpasını müzakirə edirlər
Rusiya tərəfi iki ölkə arasında birbaşa hava əlaqələrinin bərpası müzakirələri çərçivəsində ABŞ-yə "Aeroflot" aviaşirkətinə qarşı sanksiyaların götürülməsini təklif edib.

Median.Az
-ın "Kommersant"a istinadla verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Lakin onun sözlərinə görə, Vaşinqtondan hələ cavab alınmayıb.

Bəyanatın fonunda "Aeroflot"un səhmləri 4.27% artaraq 69.7 rubl səviyyəsinə çatıb.

Rusiya və ABŞ arasında birbaşa hava əlaqələri 2022-ci ildə ölkələr arasında münasibətlərin pisləşməsi fonunda dayandırılmışdı. ABŞ aviaşirkətlərinə Rusiya hava məkanına daxil olmaq, Rusiya aviaşirkətlərinə isə ABŞ hava məkanına daxil olmaq qadağan edilib. Həmin ildən Rusiyanın ən böyük aviaşirkəti olan "Aeroflot" sanksiyalara məruz qalıb.

Almatıdakı mətbuat konfransında Sergey Lavrov vurğulayıb ki, hava əlaqələrinin bərpası "Aeroflot"un sanksiyalardan çıxarılmasının nəticəsi olmalıdır.

"Bu təklifi biz hələ bir ay qabaq - Ər-Riyaddakı görüşdən əvvəl etmişdik. ABŞ bunu qəbul etdi. Hələlik heç bir cavab addımı görmədik", - deyə nazir bildirib.

Lavrovun sözlərinə görə, aprelin 10-da ABŞ ilə keçirilən görüşdə Rusiya nümayəndə heyəti bu təklifi xatırladıb. Rusiya XİN başçısı qeyd edib ki, hələlik ABŞ tərəfindən hər hansı irəliləyiş barədə məlumat yoxdur, lakin Rusiya bu məsələ üzərində işləməyə davam edəcək, çünki bu, "normallığa qayıdışdır".скачать dle 11.3
Mojo.az Banner