Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Qəza törədən sürücünün oğlu danışdı: "Qəza anında sudurqa tutub"

11.04.2025 13:36 525
Qəza törədən sürücünün oğlu danışdı:
Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

"Bolt" şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb.

Median.Az insanoid-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı sözügedən avtomobilin sürücüsü Anar Nəcəfovun oğlu Elvir Nəcəfov danışıb:

"Atamın durumu çox ağırdır. Qəzadan sonra o, Sabunçu xəstəxanasına yerləşdirilib. Hazırda başımız qarışıq olduğundan baş verənlərlə bağlı ətraflı məlumat verə bilməmişik. Amma bir şeyi deyim ki, atamla bağlı mətbuatda yayılan informasiyaların əksəriyyəti yalandır. "Bolt" şirkəti açıqlama yayıb ki, guya atamın idarə etdiyi avtomobilin buraxılış kartı 8 Aprel tarixində ləğv olunub. Bu, tamamilə yalandır. Eyni zamanda atamın avtomobili başqa şəxsin adından qeydiyyatdan keçirərək idarə etməsi ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir. "Bolt" şirkətini məhkəməyə verməyə hazırlaşırıq".

Elvir Nəcəfov atasının ayağına elektron qolbağın hansı səbəbdən taxıldığına da aydınlıq gətirib:

"Atamın dələduzluq ittihamı ilə məsuliyyətə cəlb olunması barədə xəbərlər də yalandır. Onun banka borcu olub, qaytara bilmədiyinə görə, barəsində tədbir görülüb. Ayağına elektron qolbağın taxılması da bununla bağlıdır".

Qəzanın hansı səbəbdən baş verdiyinə gəlincə isə Elvir Nəcəfov bunu atasının sağlamlıq problemi ilə əlaqələndirib:

"Atamın səhhətində ciddi problemlər var. Onun tez-tez sudurqası tuturdu, qəza anında da bu baş verib. Buna görə də idarəetməni itirib və məlum qəza baş verib".скачать dle 11.3
Mojo.az Banner