Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Titanik faciəsinə dair yeni detallar üzə çıxdı

10.04.2025 21:30 1 188
Titanik faciəsinə dair yeni detallar üzə çıxdı
1912-ci ildə baş verən Titanik faciəsinin son anlarına dair yeni məlumatlar gəminin tam əhatəli rəqəmsal skan edilməsi nəticəsində əldə olunub.

Qaynarinfo xəbər verir ki, araşdırma zamanı gəminin gövdəsində A4 vərəqi ölçüsündə dəliklər aşkar edilib.

Məlum olub ki, qəzaya səbəb olan aysberq parçaları bəzi sərnişin kabinələrinə qədər daxil olub. Mühəndislərin isə gəmi batana qədər işıqların yanılı qalması üçün son ana qədər işlədikləri müəyyən edilib.

Titanik üzrə analitik Parks Stivenson bildirib: "Titanik - bu fəlakətin sağ qalan son şahididir və hələ də danışacaq hekayələri var".

O, rəqəmsal skanlamanın gəminin batması ilə bağlı yeni bilgilər təqdim etdiyini vurğulayıb.

Araşdırmada aysberqlə toqquşmanın gəminin struktura necə zərər verdiyi ətraflı şəkildə araşdırılıb. Gövdədəki kiçik dəliklərin suyun sürətlə yayılmasına səbəb olduğu aşkarlanıb.

Rəqəmsal skan nəticəsində müəyyən edilib ki, mühəndislər gəminin elektrik sistemini işlək vəziyyətdə saxlamaq üçün fəlakətin son anına qədər vəzifə başında olublar. Bu səylərin sərnişinlərin təxliyəsi zamanı həyati əhəmiyyət daşıdığı qeyd olunub.

Toqquşmanın dərhal ardından bəzi kabinələrə aysberq parçalarının daxil olduğu da təsbit edilib. Bu kəşf, toqquşmanın gücünü və hadisələrin qəfil inkişaf etdiyini bir daha sübut edir.скачать dle 11.3
Mojo.az Banner