Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyunu təxirə salınıb

10.04.2025 21:18 972
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyunu təxirə salınıb
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün keçirilməli olan "Abşeron" - NTD oyunu təxirə salınıb.

Azərbaycan Basketbol Federasiyasından "Report"a verilən məlumata görə, qarşılaşma Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış texniki problemə görə təxirə düşüb.

Matç sabah 16:00-da baş tutacaq.

Qeyd edək ki, görüş bu gün saat 19:00-da başlamalı idi.

Son xəbərlər