Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Baş həkim klinikasına lift qoydurmağa icazə üçün 95 min manat verdi - Mənimsənildi

10.04.2025 17:53 531
Baş həkim klinikasına lift qoydurmağa icazə üçün 95 min manat verdi - Mənimsənildi
Bakıda "32 Beauty dent billur" klinikasına lift qoydurmaq istəyən baş həkimin 95 min manatı mənimsənilib.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, 1988-ci il təvəllüdlü Zaur T. adlı şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, baş həkim Sənan Məmmədov klinikanın ərazisini həm genişləndirmək, həm də tibb mərkəzinə lift qoyulması üçün müvafiq qurumlardan icazə almaq fikrinə düşüb. Sənan Məmmədov bunun üçün tikintiyə başlasa da, Nərimanov Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən işlər dayandırılıb.

Baş həkim daha sonra tanışının vasitəsilə Zaur T. adlı şəxslə tanış olub. O, Sənan Məmmədova Bakı Şəhər İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini ala biləcəyini söz verərək, ondan ümumilikdə bu işin həyata keçirilməsi üçün 95 min manat pul alıb. Pul klinikanın baş direktoru Murad adlı şəxs tərəfindən təqsirləndirilən şəxsə göndərilib.

Zaur bu pulu borclarını ödəməyə və digər şəxsi ehtiyaclarına xərcləyib. Sonda baş həkim hüquq-mühafizə orqanlarına müraciət etməli olub.

Sənan Məmmədov ifadəsində təqsirləndirilən şəxsə 95 min manatı rüşvət qismində verilməsi üçün vermədiyini deyib: "Sözügedən pulu sadəcə olaraq, zəhmət haqqı kimi Zaura verdim".

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner