Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi

22.01.2025 18:42 2 097
Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi
Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

"Report” xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqdimat təmin edilib və Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

Cinayət işi üzrə ötən gün həkim Sənan Mehdiyev saxlanılaraq məsuliyyətə cəlb olunub.

Son xəbərlər