Mojo.az Banner
18:20 15 azərbaycanlının olduğu gəmiyə hücum diplomatik gərginlik yaratdı  |     18:05 Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu  |     17:44 Bakı və Abşeronun bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır  |     17:38 Xətaidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu  |     17:15 Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı  |     17:11 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:57 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU  |     16:47 Növbəti üç gündə yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     16:44 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri TƏXİRƏ SALINDI - SƏBƏB  |     16:42 Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları  |     16:22 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb - VİDEO  |     15:57 Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü  |     15:50 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu  |     15:33 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü  |     15:27 Tərtərdə 65 yaşlı kişi kanalda boğuldu  |     15:09 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir  |     14:17 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər  |     14:08 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? - Video  |     13:58 Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür  |     13:57 Putinlə Ərdoğanın görüşünün vaxtı məlum oldu  |    
Left Banner
Right Banner

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 MİLYON MANAT AYRILDI

10.04.2025 17:47 588
Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 MİLYON MANAT AYRILDI
Bakıda Murtuza Muxtarovun ev muzeyinin yenidən qurulması həyata keçiriləcək.

Median.Az
Valyuta.az-a istinadla xəbər verir ki, bununla bağlı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən müvafiq işlərə start verilib.

Məlumata əsasən, "Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya bağı"nın yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi (Murtuza Muxtarovun ev muzeyinin bərpa və yenidən qurulması) ilə bağlı "Cronos Construction" MMC ilə müqavilə imzalanıb.

Şirkətə yuxarıda qeyd olunan işlərin görülməsi müqabilində 7 040 948.92 manat ödəniləcək.

Xatırladaq ki, Dendrologiya bağının yerləşdiyi ərazi əvvəllər məşhur azərbaycanlı neft milyonçusu Murtuza Muxtarovun bağ evi olub. O bu ərazidə böyük bir bağ saldıraraq müxtəlif nadir bitkilər gətizdirib. Sonradan həmin bağ əsasında Dendrologiya bağı yaradılıb və bu gün də o, zəngin bitki müxtəlifliyi ilə diqqət çəkir.

Qeyd edək ki, tərəflər arasında daha öncə də müxtəlif satınalma müqavilələri imzalanıb.

Belə ki, 2021 və 2022-ci illərdə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binasının əsaslı təmir-bərpa işlərinin görülməsi və BŞİH-in inzibati binasının əsaslı təmir-bərpa işlərinin işlərinin davam etdirilməsi ilə bağlı tərəflər arasında müqavilələr imzalanıb.

Bunların müqabilində şirkətə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən 788 771 manat və 980 918.78 manat ödənilib. Daha sonra isə təmir-bərpa işlərinin davam etdirilməsi ilə bağlı şirkətə daha 13 449 826.91 manat ayrılıb.

Bundan əlavə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən "Heydər Əliyev Mərkəzinin park ərazisində yerləşən kafedə ("Pond Cafe") əsaslı təmir işlərinin aparılması ilə əlaqədar malların işlərin və xidmətlərin satın alınması" ilə bağlı elan edilən tenderin qalibi də "Cronos Construction" MMC seçilib.

Həmçinin Beynəlxalq Muğam Mərkəzinin restoranında (Ud zalı) avadanlıqların təmiri və alınması da 2023-cü ildə eyni şirkət həyata keçirib və bunun müqabilində mərkəzdən 245 847.69 manat ödəniş alıb.

Ötən il isə "Azərişiq" ASC ilə 4 382 508.88 manatlıq müqavilə imzalanaraq Sabunçu rayonu, 35/6 kV-luq 2x10 MVA gücündə 34 saylı yarımstansiyasının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri görülüb.

Əlavə edək MMC 26 may 2014-cü ildə dövlət qeydiyyatına alınıb. 200 000 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi İlham Fərrux oğlu Əliyevdir.

Şirkət dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçi Ruhin Ramiz oğlu Əliyev olub. Araşdırmalar zamanı məlum olub ki, o, hazırda "Intex Audit" MMC-nin direktorudur. MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb.

İlham Fərrux oğlu Əliyev haqqında isə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.скачать dle 11.3
Mojo.az Banner