Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda "saxla" əmrinə tabe olmayan sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı - TƏFƏRRÜAT

10.04.2025 16:46 681
Bakıda
Bakıda polisin "saxla" əmrinə tabe olmayaraq iki yol patrul xidməti avtomobilini əzən, polis əməkdaşlarından birinə də xəsarət yetirən şəxsin cinayət işinin təfərrüatı məlum olub.

Median.Az
Musavat.com-a istinadla xəbər verir ki, 35 yaşlı Ümid Nəsrullayev Yasamal rayonu ərazisində "Hyundai" markalı avtomobildə olan zaman yol patrul xidməti əməkdaşları ona "saxla" əmri veriblər. Lakin Ümid avtomobili saxlamaq istəməyib. Ümid maşının ön və arxa hissəsində dayanmış maşınları vuraraq ərazidən uzaqlaşmaq istəyib. O, avtomobilini irəli və geri hərəkət etdirərək iki polis maşınına çırpılaraq ümumilikdə 9 min manata yaxın maddi ziyan vurub.

İttihama görə, Ümid maşının mühərrikini söndürmək istəyən polis əməkdaşlarından birinə də xəsarət yetirib.

Polis şöbəsinə aparılan Ümidin avtomobilinə baxış keçirilən zaman marixuana və narkotik tərkibli preqabalin aşkar edilib.

Ümid ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, astma və epilepsiya xəstəliklərindən əziyyət çəkdiyi üçün preqabalin həblərindən istifadə etdiyini etiraf edib. O, maşınından çıxan marixuananın ona məxsus olmadığını deyib.

İstintaq zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. İstintaq orqanı sübut kimi onun telefonuna gələn mesajlara da istinad edib.

Araşdırma zamanı məlum olub ki, Ümid daha əvvəl də bir neçə maddə ilə məhkumluq həyatı yaşayıb.

Törətdiyi əməllərə görə Ümid Nəsrullayev bu dəfə 6 il azadlıqdan məhrum edilib.

Son xəbərlər