Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya XİN əməkdaşının Paris hava limanında saxlanılmasına Kremldən reaksiya

09.04.2025 16:03 1 350
Rusiya XİN əməkdaşının Paris hava limanında saxlanılmasına Kremldən reaksiya
"Moskva Paris hava limanında Rusiya XİN əməkdaşının saxlanılmasını pisləyir, bu, diplomatlara qarşı yolverilməz hərəkətlərdir".

Median.Az
-ın TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Bu tamamilə yolverilməz hərəkətlərdir, onlar Fransanın Vyana Konvensiyası çərçivəsində bütün öhdəliklərinə ziddir. Parisdəki konsulluq xidmətimizin nümayəndələri uzun müddət ərzində buraxılmayıb. Əlbəttə, Fransanın bu cür hərəkətlərini pisləyirik və onları bizim nümayəndələrimizə, diplomatlara qarşı yolverilməz hesab edirik. Əlbəttə, bu, Fransa hakimiyyəti tərəfindən artıq korlanmış ikitərəfli münasibətlərimizi daha da pisləşdirir", - deyə Kreml nümayəndəsi qeyd edib.

Rusiya diplomatik idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın məlumatına görə, aprelin 6-da Şarl de Qoll hava limanında Fransa sərhəd xidməti heç bir səbəb göstərmədən Rusiya XİN əməkdaşını, Rusiya rəsmi nümayəndə heyətinin üzvünü saxlayıb, onun telefonu və kompüterini müsadirə edib. Rusiyanın Fransadakı səfirliyi hava limanına konsul işçisi göndərib, lakin o, təxminən yeddi saat gözləməli olub.

Bununla əlaqədar olaraq, Rusiya səfirliyi Fransa XİN-ə etiraz notası göndərib, bundan sonra Rusiya XİN əməkdaşına ölkəyə daxil olmağa icazə verilib. Zaxarovanın vurğuladığına görə, o, ümumilikdə hava limanının sərhəd zonasında təxminən bir gün qalıb.

Son xəbərlər