Mojo.az Banner
Left Banner
Right Banner

Mərkəzi Bank “Azərpoçt”u cərimələdi - 50 000 ödəyəcək

08.04.2025 23:02 831
Mərkəzi Bank “Azərpoçt”u cərimələdi - 50 000 ödəyəcək
“Azərpoçt” MMC 50 000 (əlli min) manat cərimələndi.

Buna səbəb, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulmasıdır. Həmçinin, bununla bağlı, “Azərpoçt” MMC-nin vəzifəli şəxsi də cərimə edilib.

Beləliklə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən “Azərpoçt” MMC 50 000 (əlli min) manat, 598.1.1-ci 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən isə “Azərpoçt” MMC-nin vəzifəli şəxsi 10 000 (on min) manat məbləğində cərimə edilib.скачать dle 11.3
Mojo.az Banner