Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyadan İranla hərbi ittifaqın yaradılması barədə açıqlama

08.04.2025 18:39 1 392
Rusiyadan İranla hərbi ittifaqın yaradılması barədə açıqlama
"Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi iki ölkə arasında hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur".

Median.Az
-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Dövlət Dumasının deputatları qarşısında çıxışı zamanı bəyan edib.

"Vurğulamaq istərdim ki, İranla müqavilənin bağlanması hərbi ittifaqın formalaşması demək deyil və bir-birinə hərbi yardım göstərilməsini nəzərdə tutmur", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Dövlət Dumasında Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi ratifikasiya prosedurunu keçib. Bundan əvvəl - yanvarın 17-də Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian Moskvada müqaviləni imzalamışdılar.

Putin xarici işlər nazirinin müavini Andrey Rudenkonu sənədin ratifikasiyasının parlamentdə müzakirəsi zamanı öz nümayəndəsi təyin edib.

Saziş növbəti 20 il ərzində Rusiya və İran arasında münasibətləri tənzimləməyə yönəlib. Rusiya və İran bir-birinə, o cümlədən investisiyalar və ticarət mexanizmlərinin sadələşdirilməsi yolu ilə üstünlüklər yaratmağı öhdəsinə götürürlər.

Son xəbərlər