Mojo.az Banner
16:39 Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     16:34 Sabah çimərliklərdə hava necə olacaq?  |     16:26 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub - VİDEO  |     16:10 Bakıda dörd bina sökülə bilər - ÜNVANLAR  |     15:59 Tbilisidə su anbarında 15 yaşlı azərbaycanlının cəsədi tapıldı  |     15:55 Laçın Film Festivalı Azərbaycan kinosuna nə vəd edir? – SORĞU  |     15:46 Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb - İDDİA  |     15:35 Dələduzluqda ittiham edilən Nigar Fərhad sərbəst buraxıldı  |     15:34 Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində fəaliyyət göstərən diplomatik korpus kateqoriyasına daxil edilib  |     13:31 Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı  |     13:11 Norveç kralı V Harald vəfat etdi  |     13:02 Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı  |     12:52 Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi  |     12:44 Bakıda tarixi məscidə və daha iki memarlıq abidəsinə qanunsuz müdaxilə olub - RƏSMİ  |     12:26 Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?  |     12:22 Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı – Siyahı  |     12:18 Yer kürəsini maqnit qasırğası bürüyəcək  |     12:17 Bakı-Xırdalan qatarlarının sürət həddi azaldılıb - SƏBƏB  |     12:11 Bakıda poladtökmə zavodunda ölüm  |     12:10 Nepal daşqınlardan sonra xarici dövlətlərin yardımından imtina etdi  |    
Left Banner
Right Banner

Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək

08.04.2025 17:57 570
Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək
Bakıda aprelin 10-dan 13-dək Qətər Mədəniyyəti Günləri keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, aprelin 10-da saat 15:00-dan etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olacaqlar.

Həmçinin həmin müddət ərzində həmin ərazidə Qətərdən təşrif buyurmuş musiqiçilərin iştirakı ilə konsertlər keçiriləcək.

Eyni zamanda həmin gün Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.

2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. Qeyd edək ki, bundan əvvəl Qətər Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında ölkəmizdə keçirilib.

Azərbaycanla Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri zəminində bütün sahələrdə inkişaf edir. Ölkələr həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir.скачать dle 11.3
Mojo.az Banner