Mojo.az Banner
19:42 İmişlidə təkər təmiri sexində partlayış - Xəsarət alanlar var  |     19:37 Sabah 36° isti olacaq  |     19:29 Dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq  |     19:23 Birinci Qarabağ müharibəsinin veteranı vəfat etdi  |     19:15 Kolleclərə qeydiyyat başlayır  |     19:10 Azərbaycanda 46 partlayış olub - 4 nəfər ölüb  |     19:02 Zəngəzur dəhlizi barədə mühüm xəbər açıqlandı - VİDEO  |     18:57 Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var (Video)  |     18:49 Sərhədi qanunsuz keçən PUA-nı NATO qırıcısı vurdu  |     18:43 8 ay əvvəl qəzalı vəziyyətə düşmüş körpü hələ də bərpa edilməyib - Video  |     18:35 Narkotikin təsiri altında maşın sürdü - həbs olundu  |     18:27 Yemək qoxusundan bezmisiniz? – Bu üsullar kömək edə bilər  |     18:17 Sabirabadda iki avtomobil toqquşub: Xəsarət alanlar var  |     18:09 Böyükşor gölündən buna görə pis qoxu gəlirmiş - RƏSMİ  |     18:07 Samuxda 12 yaşlı oğlan su kanalında batıb  |     17:50 Azərbaycanda DÖVLƏT BORCUNUN həcmi bilindi  |     17:37 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib  |     17:28 Qarabağa qayıdan məcburi köçkünlərin sayı açıqlanıb  |     17:19 Qazaxın bir kəndində QAZ OLMAYACAQ  |     16:58 Dövlət qulluqçularının adından kiberdələduzluq: 8 nəfər tutuldu (VİDEO)  |    
Left Banner
Right Banner

İki qurumdan birgə ƏMƏLİYYAT - Saxlanılanlar arasında vəzifəli şəxslər də var

08.04.2025 15:47 2 376
İki qurumdan birgə ƏMƏLİYYAT - Saxlanılanlar arasında vəzifəli şəxslər də var
Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və onlardan rüşvət almaqla himayədarlıq etməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında qeyd olunub:

"Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

İstintaqla Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Hidayət Məmmədov və həmin şöbəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin inspektoru Bayram Məmmədovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Haysuf Hacıyevin idarə etdiyi dərman vasitələri və digər mallarla yüklü nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək müqabilində onlara müraciət etmiş vətəndaş Arzu Abdullayevdən rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Hidayət Məmmədov Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməkçilik), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma), Bayram Məmmədov həmin Məcəllənin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), Arzu Abdullayev və Haysuf Hacıyev isə həmin Məcəllənin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında təqsirləndirilən şəxslər Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs, Haysuf Hacıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".скачать dle 11.3
Mojo.az Banner