Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:44 İqtisadi artım əhalinin rifahında nə dərəcədə hiss olunacaq? – Professor 2027-ci ilin proqnozlarını şərh etdi | 13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın sabiq prezidenti ilə bağlı istintaq davam edir

04.04.2025 13:16 1 530
Ermənistanın sabiq prezidenti ilə bağlı istintaq davam edir
Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı iş üzrə ilkin istintaq davam edir.

Median.Az
Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat verib.

Lakin qurum heç bir təfərrüatı açıqlamayıb.

Daha əvvəl işin Milli Təhlükəsizlik Xidmətindən İstintaq Komitəsinə ötürüldüyü müəyyən edilib.

Xatırladaq ki, Armen Sarkisyan 2018-2022-ci illərdə Ermənistanın prezidenti olub. 2022-ci ilin yanvarında o, istefa verib və ölkədəki siyasi proseslərə təsir etmək üçün kifayət qədər səlahiyyətlərinin olmadığını bildirib.

İstefa bəyanatından bir gün sonra Hetq.am nəşri Sarkisyanın prezident seçilməzdən əvvəl Sent-Kits və Nevis - kiçik Karib dövlətinin vətəndaşlığına sahib olduğu barədə məlumat yayıb.

Nəşrin məlumatına görə, o bunu 500 min dollar məbləğində investisiya müqabilində əldə edib. Ermənistan Konstitusiyasına görə, xarici vətəndaşlığın olması prezident seçilmək hüququndan məhrum edir.

Son xəbərlər